Varşavadan Rusiyaya ŞOK HƏDƏ: NATO vasitəsilə Moskvaya…

0
9

Polşa Müdafiə Nazirliyinin dövlət katibi Voyçex Skurkieviç deyib ki, Varşava Kalininqrad vilayətində hipersəsli “Kinjal” raketlərinin yerləşdirilməsi ilə bağlı NATO nizamnaməsinin beşinci maddəsini aktivləşdirməklə Moskvaya cavab verməyə hazırdır.

Medonline.az xəbər verir ki, bu barədə PAP (Polska Agencja Prasowa) məlumat yayıb.

Skurkieviç qeyd edib ki, alyansın həm Zaporojye AES-də radioaktiv sızma halında, həm də Rusiyanın Şimali Atlantika blokuna üzv dövlətlərin yaxınlığında hipersəs raketləri yerləşdirməsi ilə bağlı maddəni tətbiq etmək hüququ var.

“NATO-nun şərq cinahında yerləşən dövlət olaraq biz təhlükəni tam dərk edirik və atdığımız addımlar Rusiyanın gördüyü hərəkətlərə adekvat olacaq”, – deyə o bildirib.

Bundan əlavə, Skurkieviç qeyd edib ki, NATO çərçivəsində əməkdaşlıq Polşanın təhlükəsizliyinin təmin edilməsi üçün əsas olaraq qalır. Polşa Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb ki, alyansın beşinci maddəsinin təminatları qüvvədə olub və qüvvədə də qalır. Onun sözlərinə görə, müvafiq öhdəliklər NATO üzvləri və ABŞ Prezidenti Co Bayden tərəfindən səsləndirilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code