Aysel Teymurzadəyə qarşı FIRILDAQÇILIQ

0
10

Azərbaycanı 2009-cu ildə Rusiyada keçirilən “Avroviziya” beynəlxalq mahnı yarışmasında “Always” nəğməsi ilə təmsil edən keçmiş müğənni Aysel Teymurzadə dələduzluqla üzləşib.

Medonline.az xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.

Aysel bildirib ki, kimliyi bəlli olmayan şəxslər onum adından investisiyalar üzrə saxta videokurs hesabları açaraq, müxtəlif yollarla oraya insanları cəlb etməklə məşğul olurlar.

“Bunlar fırıldaqçılardır. Bunun mənə heç bir adiyyatı yoxdur”, – deyə A.Teymurzadə yazıb.

Qeyd edək ki, o, Xalq artisti Murad Adıgözəlzadə ilə ailə qurub. Onların üç övladı var.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code