Brüssel görüşü nəticəsiz bitdi: münaqişə hər an ALOVLANA BİLƏR

0
13

Serbiya və Kosovo liderləri bu gün Brüsseldə baş tutan ikitərəfli danışıqlarda razılığa gələ bilməyiblər.

Medonline.az xəbər verir ki, bunu Aİ-nin beynəlxalq məsələlər üzrə ali nümayəndəsi Cozef Borel deyib.

O qeyd edib ki, Serbiya prezidenti Aleksandar Vuçiç və Kosovonun baş naziri Albin Kurti müzakirəyə çıxarılan əsas məsələlərdə kompromis tapa bilməyiblər.

Serbiya və Kosovo münasibətlərində böhran

Serbiya ilə Kosovo arasında münasibətlər iyulun sonunda Priştinanın avtomobillərdə Serb sənədləri və dövlət nömrə nişanlarının daha əvvəl elan edilmiş qadağasını yenidən elan etməsindən sonra ciddi şəkildə kəskinləşib.

Buna etiraz olaraq Kosovonun şimalında yaşayan serblər barrikadalar qurmağa başlayıblar, bundan sonra Kosovo hakimiyyəti qadağanı bir ay təxirə salıb.

Xatırladaq ki, bundan əvvəl Serbiya və Kosovo arasında münaqişə yenidən alovlanıb. Qismən tanınan ştatın şimalında iyulun 31-də atışma və sirena səsləri eşidilib.

Hüseyn İbadlı

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code