Yeni məktəbli formalarının yekun qiyməti açıqlandı

0
10

Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunur.Medonline.az xəbər verir ki, bunu “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

O qeyd edib ki, hazırda yalnız aşağı siniflər (I-IV) üçün formalar hazırlanıb. Zaman az olduğu üçün yuxarı siniflər üçün hələ ki, forma hazırlanmayıb.

“Geyimləri Bakı Tikiş Evi ilə yanaşı bir neçə gün ərzində paytaxtda fəaliyyət göstərən “Bravo” supermarketlər şəbəkəsindən əldə etmək mümkün olacaq”,-deyə o əlavə edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code