“Qədim Şuşa” sənədli filmi istehsal olunacaq!

0
13

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin hazırladığı layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri tərəfindən bəyənilmiş, layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul olunmuşdur. Birliyin sədri, medonline.az və sabiroghlu.az saytlarının baş redaktoru, müharibə veteranı,jurnalist Şamil Sabiroğlunun verdiyi məlumata görə çəkilişlər Şuşa və Bakıda aparılacaq. Filmin təqdimatının Bakı, Şuşa, Türkiyə, Rusiya və digər ölkələrdə keçirilməsi nəzərdə tutulur. Ş.Sabiroğlu layihəni bəyənən və onun həyata keçirilməsinə razılıq verən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının bütün üzvlərinə, həmçinin,Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, Müşahidə Şurası sədrinin müavini Vüsal Quliyev, Agentliyin İcraçı Direktoru xanım Aygün Əliyevaya öz təşəkkürünü bildirir.

Ayna Rüstəmova,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin II kurs tələbəsi.
16.08.2022.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code