Xalidə Kəngərli Hövsanda dəfn olunacaq

0
66

Bu gün səhər intihar edən tanınmış ginekoloq-həkim Xalidə Kəngərli Hövsan qəbiristanlığında dəfn olunacaq.

Bu barədə Medonline.az-a mərhumənin çalışdığı “Kəpəz Hospital”dan məlumat verilib.

“Hadisə ilə bağlı səhər saatlarında məlumat aldıq, öyrənər-öyrənməz həkimlər, hospitalın rəhbərliyi onun evinə yollandı. Heç xatirə stendi də hazırlaya bilmədik, hamı ora getdi. Hazırda rəhbərlik Yasamalda onun yaşadığı evə gediblər, ordan da Xalidə həkimi dəfn etmək üçün Hövsan qəbiristanlığına gedəcəklər”.

Bildirilib ki, hazırda hospital rəhbərliyi, X.Kəngərlinin həmkarları onun dəfnində iştirak edirlər.

Qeyd edək ki, ginekoloq-həkim 1984-cü il təvəllüdlü Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. X.Kəngərli 2 uşaq anası idi.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code