Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi

0
24
“Army” ingiliscə ordu deməkdir. 10 il öncə Seyfəddin Qasımov və dostları Bakının Biləcəri qəsəbəsində “ARMY Market” adlı ticarət şəbəkəsi yaratdılar. Tədricən Marketin yeni-yeni filialları yaradıldı. Maraqlı burasındadır ki, Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə yaradılan bu Şirkətin əksər əməkdaşlarının işçi geyimi də Azərbaycan Ordusunun geyim formasına uyğundur. Marketin ərazisində şəhidlərimizin portreti yerləşdirilib. 2022-ci ildə “ARMY Holding”in yaradılmasının 10-cu ildönümü tamam oldu. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi, ARMY Holding”MMC, medonline.az və xarıbülbül TV-nin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələr gününə həsr edilən tədbir keçirildi.Tədbiri müharibə veteranı, jurnalist Şamil Sabiroğlu açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların əziz xatirəsi 1 dəq.sükutla yad edildi. Şamil müəllim qeyd etdi ki, bu il 104-cü ildönümü qeyd olunan Azərbaycan Silahlı Qüvvələri şərəfli yol keçib. Şamil Sabiroğlu sözü “ARMY Holding” in rəhbəri Seyfəddin Qasımova verdi. Seyfəddin müəllim Holdinqin fəaliyyət dairəsinin genişləndirilməsi üçün atılan addımlardan danışdı.Bildirdi ki, rəhbərlik etdiyi komanda ilə daim doğma Azərbaycana, xüsusən də Ordumuza maddi və mənəvi dəstək olublar. Seyfəddin müəllim dedi:”Sahibkar olaraq “ARMY Market” yarananda hədəfdə dünya dövlətləri arasında Silahlı Qüvvələrimizin reytinqinin qalxmasına dəstək göstərmək idi. Biz, bu yolda bütün qüvvə və bacarığımızı sərf etdik.Fəxrlə qeyd etməliyəm ki, düşmən üzərində tarixi qələbənin qazanılmasında “ARMY Holding” ailəsinin də öz payı var.
Azərbaycan Ordusunun sabiq əməkdaşı, qazi,”Azərbaycan bayrağı”ordenli Məhəd Tağıyev, xebertv.az saytının və eyni adlı saytın baş redaktoru Əvəz Almədətov, xarıbülbül TV-nin rəhbəri Jalə Əlövsətqızı, ömrünün 27 ilini hərbçi peşəsinə həsr etmiş tibb bacısı, Dövlət başçısı tərəfindən müxtəlif medallara layiq görülmüş Aidə Əsədova, şəhid Xıdır Cabbarovun ömür-gün yoldaşı Telyanə Cabbarova, qazi Nadir Edilovun həyat yoldaşı Sevinc xanım və başqaları Ordu quruculuğunda müstəsna xidmətləri olan Ali Baş Komandan İlham Əliyevə xüsusi təşəkkürlərini bildirdilər.
Daha sonra tədbirdə iştirak edən şəhid ailələrinə və müharibə iştirakçılarına təmənnasız istifadə üçün dəyəri 50 AZN həcmində olan kart paylandı. AZMDİU-nun Professoru, Əməkdar artist Ağalar Bayramov tədbir iştirakçılarını salamladı, möhtəşəm poeziya nümunələri səsləndirdi. İstedadlı müğənni Tahirə Yusifqızı, Ağdam rayonu Gülablı kənd Uşaq Musiqi məktəbinin müəllimi, saz ifaçısı Tural Sultanoğlu Azərbaycana və Ordumuza həsr edilən mahnıları ifa etdilər.
Bayram tədbiri çay süfrəsi arxasında davam etdirildi.
Türkanə Səfərova,
Əvəz Almədətov.
Fotolar Əvəz Almədətova məxsusdur.
28.06.2022.
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
 
 
 
 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code