Tiflisdəki izdihamlı mitinqdə Ukrayna himni səsləndi… “Azov” bayraqları qaldırıldı…-FOTO

0
17
Medonline.az-ın “Gordon”a istinadla yaydığı xəbərə görə, tədbir aksiyanın təşkilatçıları – “Sirtsxvilia” (gürcü dilində “Etiraz”) hərəkatının “Facebook” səhifəsində canlı yayımlanıb.
 
Bu, Gürcüstanın Avrointeqrasiyasına dəstək və ölkə hakimiyyətinə etiraz aksiyasıdır – iştirakçılar baş nazir İrakli Qaribaşvilinin istefasını tələb ediblər. Tbilisidə keçirilən mitinqə minlərlə insan, o cümlədən 15 universitetin tələbələri toplaşıb.
 
Ukrayna Prezidenti Vladimir Zelenski və Ukrayna Ali Radasının prezidentyönlü “Xalqın xidmətçisi”  fraksiyasının rəhbəri David Araxamiya video-bağlantı vasitəsilə etirazçılara müraciət edib, bundan sonra Gürcüstandan olan natiqlər çıxış ediblər. Təxminən 10 dəqiqə sonra isə Ukrayna himni səslənib.
 
“Əsgərlərimizlə birlikdə Rusiyaya qarşı vuruşan Gürcüstan oğullarına minnətdaram. Onların şücaətləri bizim ümumi şücaətimizdir. Onların yaraları bizim yaralarımızdır, qələbəmiz isə onların hər birinin, sizin hər birinizin qələbəsi olacaq. Biz heç vaxt təslim olmayacağıq, çünki Donbass və Krım bizim torpağımızdır, eynilə Abxaziya və Cənubi Osetiya da sizin torpağınızdır. Əgər kimsə bunu unutmaq istəsə, kimsə yaddaşlardan silmək istəsə, mütləq xatırladacağıq. Orada olacağıq. Dünən Ukrayna Aİ-yə namizəd ölkə statusunu aldı, siz də bu yoldasınız, davam edin – biz sizə kömək edəcəyik!” – deyə Zelenski bildirib.
 
Gürcülər Zelenski və Araxamiyanın müraciətlərinə alqışlarla cavab veriblər. Ukrayna himninin səsləndirildiyi anın səs yazısını dərc edən “Mtavari Arkhi” kanalının məlumatına görə, etirazçılar prezident Zelenskiyə minnətdarlıqlarını bildiriblər. Videodan görünür ki, etirazçılar Gürcüstan, Avropa İttifaqı və Ukrayna bayraqları, eləcə də bölmələri aylarla Mariupolu müdafiə etmiş və Ukraynanı Rusiya işğalından müdafiə etməyə davam edən Ukraynanın “Azov” milli qvardiya alayının bayraqları ilə mitinqə gəliblər.
 
Himn səslənəndə aksiya iştirakçılarının çoxu telefonlarındakı fənərləri, eləcə də mavi və sarı rəngli məşəllər yandırıblar…
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code