İsveçdən qalmaqallı addım: PKK liderini dövlət kanalına çıxardılar – VİDEO

0
39

Türkiyənin NATO üzvlüyünə müsbət səs verməsi üçün terrordan uzaqlaşmasını istədiyi İsveçdə qalmaqallı yayım edilib.

Medonline.az xəbər verir ki, dövlət televiziyası terror təşkilatı YPG/PKK liderlərindən olan Mazlum Kobani kod adlı Ferhat Abdi Şahinin müsahibəsini yayımlayıb.

Şahin açıqlamalar verərək, Türkiyənin Suriyada mümkün əməliyyata cavab verəcəyini bildirib.

Qeyd edək ki, bir müddət öncə Finlandiya və İsveçin NATO üzvü olmaq üçün müraciəti Türkiyə tərəfindən sərt reaksiya ilə qarşılamışdı. Prezident Ərdoğan hər iki ölkəni “terror təşkilatının qonaq evi” adlandırıb və səsvermədə “yox” səsini verəcəklərini bildirmişdi.

Ancaq son gəlişmələr göstərdi ki, bu məsələ ilə bağlı iplər daha da gəriləcək. İsveç dövlət televiziyası SVT terror təşkilatı YPG/Pkk liderlərindən biri olan Mazlum Abdi kod adlı Ferhat Abdi Şahinlə müsahibə verib.

İsveçin Türkiyə ilə NATO-ya üzvlüklə bağlı danışıqlar apardığı bir vaxtda SVT-yə gizlənin, sözdə isə guya ofisindən açıqlamalar verən Abdi Şahin Türkiyənin Suriyanın şimalını terrordan təmizləmək üçün həyata keçirəcəyi mümkün əməliyyata cavab verəcəklərini bildirib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code