“Bu gün kef çəkən Zakir Qaralov Rüstəm Usubovla birlikdə çarmıxa çəkilməlidirlər…”

0
8
Azərbaycanda ölüm hökmünün ləğv edilməsini ölkəmdə və bütün dünyada, xüsusilə Avropa Şurasında ilk tələb edənlərdən olmuşam.
 

 

Ancaq bəzən elə hadisələrin şahidi oluram ki, ölüm hökmünün ləğv edilməsini tələb etdiyimə görə peşmançılıq hissi keçirirəm.
 
Xüsusilə, hər dəfə keçmiş keçmiş MTN əməkdaşlarının əməlləri ilə tanış olduqca Eldar Mahmudov başda olmaqla bu cinayətkar dəstə üzvlərinin hamısı barədə ən sərt cəzaların təyin edilməsini istəyirəm.
 
Bu gün kef çəkən keçmiş Baş Prokuror Zakir Qaralov, xüsusilə bu cinayətlərin hamısına faktiki rəhbərliyi həyata keçirən keçmiş Baş Prokurorun birinci müavini Rüstəm Usubovla birlikdə çarmıxa çəkilməlidirlər. Nə üçün sualına isə keçmiş MTN-nin şöbə rəisi Sahib Ələkbərovun məhkəmədə verdiyi ifadəni olduğu kimi Sizinlə bölüşməklə cavab verirəm. Əlavə edim ki, Rəna Nəsibova epizodu ilə bağlı hadisəni dəqiq bildiyimdən hələ Z.Qaralov və Rüstəm Usubov vəzifələrində olarkən elə bu səhifələrimdə o barədə daha detallı dəfələrlə yazmışdım. Bu ifadə mahiyyət etibarı ilə dəqiq olsa da bəzi məqamlar tam deyil və bunu ifadə verən özü bilərəkdən edir. “Mən bu gün təqsirləndirilən şəxs qismində qarşınızdayamsa, mənim sağımda Zakir Qaralov, solumda Rüstəm Usubov dayanmalıdırlar. Onların hər biri bizim kimi bütün ölkə boyu rüsvay olmalıdırlar. Buradakı hər kəlməmizi mətbuat yazır. Hörmətli məhkəmə, bu iki şəxs məhkəmədə dindirilmədən siz obyektiv, qanuni qərar qəbul etmək imkanında deyilsiniz. Çünki MTN-in İstintaq İdarəsində daxil olan material birbaşa Baş prokuror Zakir Qaralovun müavini Rüstəm Usubova məruzə edilirdi. Onun göstərişi əsasında material üzrə cinayət işinin başlanması və ya rədd olunmasına dair qərar verilirdi. 24 saat ərzində işə nəzarət edən prokurora qəbul olunmuş qərarın surətinin göndərilməsi tapşırılırdı“.
 
S.Ələkbərov sonra bildirir ki, Hacı Məmmədovun (DİN-in keçmiş əməkdaşı) mütəşəkkil cinayətkar dəstəsinin cinayətlərini araşdıran istintaq qrupunun üzvü olub: “İstintaq zamanı üzə çıxdı ki, “Knauf” şirkətinin rəhbərlərindən olan Rəna Nəsibova Hacı Məmmədovun dəstəsindən olan bir çeçenlə münasibətdə olub. Həmin çeçen Rəna Nəsibovaya Bakıda adam oğurluqları və qətllərlə bağlı çox ciddi məlumatlar verib. Deyirmiş ki, filan gün, filan saatda Bakıda qətl törədiləcək. Dediyi vaxtda da qətl törədilirmiş. Deyirmiş ki, adam oğurlanacaq, oğurlanırmış. Rəna Nəsibova həmin cinayətlər barədə Baş prokuror Zakir Qaralova müraciət edib. Onu Qaralovun 1-ci müavini Rüstəm Usubov dinləyib. Deyib ki, Hacı adlı polisin adam oğurlayan və seriyalı qətllər törədən dəstəsi var. Usubov isə MTN-ə və Daxili İşlər Nazirliyinə formal məktub yazmaqla işini bitmiş hesab edib. Həmin məktubdan az sonra “Knauf” şirkətinin ofisində Rəna Nəsibovanın meyiti tapıldı. Hadisə yerinə ilk gedən də elə Rüstəm Usubov olmuşdu. Ekspertdən rəy alınmışdı ki, Rəna Nəsibovanın ürəyi bulanıb, qaytarıb və boğulub ölüb. Araşdırdıq, məlum oldu ki, Rəna Nəsibova öldürülüb. O zaman istintaq qrupunun üzvü olaraq Rüstəm Usubovun dindirilməsi mənə həvalə olundu.
 
Dindirmə zamanı Rüstəm Usubovun əməlində cinayət olduğunu müəyyən etdim. Ona sual verdim ki, Rəna Nəsibovanın verdiyi məlumatar əsasında hansı qanuni tədbirlər görülüb? Məlum oldu ki, Rüstəm Usubov məktub yazmaqdan başqa tədbir görməyib. Məsələni Mövlam Şıxəliyevə məruzə etdim. O da Rüstəm Usubovun həbs edilməsinə göstəriş verdi. Amma mən həmin göstərişi icra etmədim. Buna görə peşmanam. Həmin vaxt o göstərişi icra etsəydim, bu gün burada olmazdım”.
 
Əlavə edim ki, bu hadisədən əvvəl də R.Usubov Xətainin prokuroru olarkən baş vermiş ölüm hadisəsinə görə cinayət məsuliyyətindən kənarda qaldı. Hansısa sehrli qüvvə daim onu məsuliyyətdən kənarda saxlayıb və bu gün R.Usubov oliqarx-biznesmen kimi rəhmətlik M.Abdullayevin pulları hesabına oliqarx olan keçmiş Xanlar Məhkəməsinin sədri Qurban Mahmudovla bina tikirlər.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code