12 nəfərin hamısını gürzə sancıb –

0
47

Son günlərdə 12 nəfər ilan sancması ilə əlaqədar müraciət edib. Onlardan 9-u böyük, 3-ü isə uşaqdır. Onların hamısını gürzə ilanı sancıb. 

Bunu Medonline.az-a açıqlamasında Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. 

Ölkənin baş toksikoloqu bildirib ki, ilansancmalarla bağlı ölüm hadisəsi baş verməyib:

“Hamısı müayinədən keçirilib. Toksik kimyəvi analizlər aparılıb. Onlardan 11 nəfəri sağalaraq evə yazılıb. Birir nəfərin durumu orta ağırdır, onu da bir-iki günə evə yazacağıq. Bundan başqa iyun ayının əvvəlindən bu günə kimi 7 nəfər sirkə turşusundan zəhərlənib. Ölüm hadisəsi baş verməyib. Dərmandan zəhərlənənlərin sayı 14-dür. Bu fakt üzrə də ölüm halı olmayıb. Spirtli içkidən 5, allergik reaksiya ilə 8 nəfər müraciət edib. Bu istiqamətlər üzrə də ölüm halı baş verməyib. Əsasən sakitləşdirici və soyuqdəyməyə qarşı dərmanlardan zəhərlənmə halları baş verib. Ötən may ayı ərzində dərmanlardan zəhərlənmələrin sayı isə 70 nəfər olub. Bu, katostrafik hədd deyil. Bizdə katostrafik hədd 150-dən yuxarıdır”. 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code