Bu payız bizi qripin şiddətli dalğası gözləyir

0
7

COVID-19-dan sonra immunitetin zəifləməsi nəticəsində bu payız bizi yeni qrip dalğası gözləyə bilər. 

Medonline.az xəbər verir ki, bu barədə immunoloq, MD, professor Mixail Kostinov danışıb. O, qeyd edib ki, bir infeksiya getdikdən sonra onun yerinə başqa bir infeksiya gəlir.

“COVİD-19 insanın immun sistemində çox ciddi izlər buraxıb, yəni immun statusuna əhəmiyyətli dərəcədə təsir edib. Nəticədə belə güman etmək olar ki, qrip virusundan yaxşı heç nə gözləmək olmaz. Qrip immuniteti daha da zəiflədəcək”, – Kostinov Ura.ru-ya müsahibəsində qeyd edib.

İmmunoloq bildirib ki, hazırda mütəxəssislər gözlənilən qrip dalğasına hazırlaşır. Və bu, bütün ölkələrə aiddir. Bir çoxları ÜST-ün tövsiyələrini nəzərə alaraq yeni peyvəndlər üzərində işləyirlər, avqust ayından etibarən onların istifadəsinə başlamaq planlaşdırılır. 

 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code