Türkiyədə TƏBİİ FƏLAKƏT: paytaxta gedən yol bağlandı

0
8

DÜNYA

Türkiyədə TƏBİİ FƏLAKƏT: paytaxta gedən yol bağlandı

 

  •  
  •  
  •  
  •  
 

Ölkənin qərbindən mərkəzi hissəsinə uzanan Afyonkarahisar-Ankara avtomobil yolu güclü yağış səbəbindən nəqliyyatın hərəkəti üçün bağlanıb.

Medonline.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb .

“Yolda təxminən 15 kilometr uzunluğunda maşın növbəsi yaranıb. Yol qruplarının işi davam edir”, – deyə telekanal xəbər verir.

Yolda yüzlərlə şəxsi avtomobil, eləcə də sərnişin avtobusları və yük maşınları var. Bəzi sürücülər yolun su basmış hissəsindən keçmək üçün qarşıdan gələn zolağa çıxmağa çalışıblar. 

Yol polisi vəziyyətə müdaxilə edərək, bu cür cəhdlərin qarşısını alıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code