Zelenski Makronu soyuq qarşıladı – Qucaqlamağa çalışdı, amma cavab vermədi..

0
43
Ukraynanın paytaxtı Kiyevdə Avropa Birliyi ölkələrinin liderlərini qəbul edən Vladimir Zelenski soyuq münasibəti ilə Fransa prezidenti Emmanuel Makrona reaksiyasını bildirib.

 

Medonline.az xəbər verir ki,  əvvəlki açıqlamaları ilə müharibədə vasitəçi sayılan Makronu Putinə qarşı münasibətlərində günahlandıran Zelenski, Fransa prezidentinin bütün qucaqlaşma və gülümsəmə cəhdlərinə küskünlüklə cavab verdi.
 
 
Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən sonra ilk dəfə Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.
 
Səfərə damğa vuran kadrlar isə Ukrayna prezidenti Vladimir Zelenski ilə Fransa prezidenti Makronun bir araya gəldiyi anlar olub. Fransa lideri Ukrayna rəsmilərini Rusiyanı “alçaltmağa” yox, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apararaq münaqişəyə son qoymağa çağırdığı üçün tənqid olunduqdan sonra Zelenski ilə Makron arasındakı gərginlik bu görüntülərdə əks olunub.
 
 
Kiyevdə birgə mətbuat konfransının sonunda Makron kameralar qarşısında Ukrayna prezidentini qucaqlamağa çalışsa da, soyuq münasibətlə qarşılanıb. Makron qucaqlamaq üçün uzananda Zelenskinin tərəddüd etdiyi aydın görünür. Makron Zelenskiyə dəfələrlə gülümsəsə də, Zelenskinin gözünü başqa tərəfə çevirdiyi anlar diqqət çəkib.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code