Hindist
anda hakim Xalq Partiyasından iki məmurun Məhəmməd Peyğəmbər haqqında təhqiramiz sözlər işlətməsi ölkədə etiraza səbəb olub.
Medonline.az xəbər verir ki, etiraz askiyaları zamanı 300 nəfər həbs edilib, bir neçə müsəlman ailənin isə evləri dağıdılıb. Bu əmrin də partiya tərəfindən verildiyi bildirilir. Dağıdılan evlərdən birinin isə Cavid Əhməd adlı siyasətçiyə məxsus olduğu deyilir.

Etiraz aksiyaları zamanı 2 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb. Etiraz aksiyalarına Hindistan polisi çox sərt şəkildə müdaxilə edib.