Türkiyə-Yunanıstan müharibəsi qapıda? – Bir fotonun izi ilə – FOTO

0
46

Ərdoğan, Putin, Si Cinpin və Tramp. Almaniyanın “Der Spiegel” nəşri 2018-ci ildə bu liderlərin fotosunun əks olunduğu üz qabığına “arzolunmaz adamlar” deyə yazmışdı. Tramp seçkidə məğlub oldu, Putin Ukrayna bataqlığına sürükləndi, Si Cinpin qapanma yolunu seçdi. Və Ərdoğan…

Medonline.az xəbər verir ki, “Yeni Şəfəq” qəzetinin yazarı Süleyman Seyfi Öğün alman nəşrinin üz qabığında verilən mesajı xatırladaraq, bundan sonra ola biləcək hadisələrdən danışıb.

Onun sözlərinə görə, Tranp oyundan kənarlaşdırıldı, Putin dünya ictimaiyyətinin gözündə “lənətlənmiş” vəziyyətə salındı: “Si Cinpin mümkün təhlükələrə qarşı qapanma yolunu seçdi və Tayvan problemi ilə əlləşir. Böyük ehtimalla yay fəslinin sonunda Tayvana müdaxilə edəcək. Əgər bunu etməsə, təslim olduğu deməkdir. Fotoda yer alan Ərdoğan isə iki cəbhədə sıxışdırılır”.

Türkiyəli şərhçi hesab edir ki, bu cəbhələrdən biri Yunanıstandır, digəri İran.

“Suriyada yeni əməliyyat bu baxımdan önəmlidir. Suriyada istədikləri nəticəni almasalar, yəni türk əsgəri işin öhdəsindən gələrsə, əsas zərbə Yunanıstandan endiriləcək. Türk-yunan müharibəsi həmişə olduğundan daha yaxındır. Ukraynada Rusiyaya qarşı həyata keçirilən ssenari Yunanıstanda Türkiyəyə qarşı edilə bilər”.  

  • Türkiyə-Yunanıstan müharibəsi qapıda? – Bir fotonun izi ilə – FOTO

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code