Respublika üzrə iyun ayının pensiyalarının iyunun 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Medonline.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.