İyunun 12-də axşam saatlarında Laçın keçidindən keçərək getmək istəyən sülhməramlılar atəşə tutulub.
Medonline.az Cəbhə.info-ya istinadən xəbər verir ki, cavab atəşi ilə bir silahlı zərərsizləşdirilib. Dərhal hərəkətə keçən Qarabağdakı sülhməramlıların komandanlığı atəş açanların erməni silahlı dəstənin üzvləri olduğunu aydınlaşdırıb və 4 erməni həbs edilib.
Bu barədə erməni mediası məlumat yayıb. Ermənilərin “Lragir.am” saytının yazdığına görə, Laçın dəhlizindən keçməklə sülhməramlı missiyanın bir kalonu Ukraynaya səfər etməliydi:
“Lakin ermənilər sülhməramlı missiyanın Qarabağdan getməsinin qarşısını almaq üçün bu təxribata əl atıb”.