Moskva və Vaşinqtonun Qarabağda “nüfuz müharibəsi” qızışır

0
45

ABŞ və Rusiya Qarabağ üzərindən bölgədə “nüfuz müharibəsi” aparır: Lavrovun Mirzoyanla görüşündən qısa müddət öncə ABŞ-ın Ermənistandakı səfirinin Xarici İşlər Nazirliyinə gəlişi də bundan xəbər verir;

Rusiya Türkiyə ilə birlikdə bölgədə 44 günlük müharibədən sonrakı vəziyyəti qaytarmaq, Qərbin bölgəyə girişinə qapıları bağlamaq niyyətindədir: Lavrov Ankarada Çavuşoğlu ilə bunu müzakirə etdi və verilən bəyanatlar razılaşmanın olduğu ehtimalını önə çıxarır, eyni zamanda Ukrayna və Suriya məsələsində qarşılıqlı maraqlar da birgə fəaliyyət anlaşması ehtimalını gücləndirir;

Rusiya xarici işlər nazirinin Ankaradan İrəvana uçması da Ermənistanı Brüssel masasından kənarlaşdırmaq, rusların vasitəçilik etdiyi üçtərəfli razılaşmaların icrasına sövq etmək idi. ABŞ səfirinin Lavrov-Mirzoyan görüşündən öncə Ermənistan XİN-ə gəlişi deməyə əsas verir ki:

– Vaşinqton İrəvanı Brüssel razılaşmasına sadiqliyini yoxlamaq istəyir;
– Mümkündür ki, ABŞ Rusiyanın hansısa həmləsindən son anda xəbər tutub və səfir vasitəsilə İrəvana təcili şəkildə öz mesajını çatdırıb;

Proseslərin Bakının irəli sürdüyü sülh tələbləri çərçivəsində inkişaf etməsi Azərbaycanın maraqlarına uyğundur və rəqabətin yaranması praktiki addımların sürətlənməsinə də zəmin yaradır. Hərçənd, məsələnin digər tərəfi də var: “nüfuz müharibəsi” Ermənistanın manevr imkanlarını da genişləndirir və Qarabağ, ümumilikdə bölgə üzərindəki anlaşmaların icrası ilə bağlı 44 günlük müharibədən öncəki vəziyyətin yaranmasına gətirib çıxara bilər – bəyanatlar, danışıqlar, diplomatik təmaslar aktiv şəkildə davam etsə də, praktiki addımlara keçid səngiyir;

Təcrübə göstərir ki, dalan dirənmiş danışıqları irəlilətmək və praktiki mərhələyə keçidə zəmin yaratmağın yolu hərbdən keçir. Hadisələrin inkişafı buna ehtiyacı aktuallaşdıra bilər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code