Yeni xərçəng dərmanı sınaqdan keçirildi: şişlər yoxa çıxdı – VİDEO

0
10

Video əlavə olunub. 

Düz bağırsağın xərçəngi diaqnozu qoyulan 12 xəstə altı ay ərzində “Dostarlimab” adlı dərmanı qəbul etdikdən sonra sağalıb.

Medonline.az-ın Axar.az-a istinadla xəbərinə görə, bu barədə “New England Journal of Medicine” jurnalında məlumat verilib.

Məlumata görə, müalicə zamanı xəstələr heç bir yan təsirlərlə qarşılaşmayıblar və bədənlərindəki bütün şişlər yoxa çıxıb.

Tədqiqatı aparan alimlərin fikrincə, nəticələr ümidverici olsa da, sınaqlar təkrarlanmalıdır, çünki xərçəngin tamamilə yox edildiyi qənaətinə gəlmək üçün hələ çox tezdir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code