Ukrayna qoşunları Xersona yaxınlaşdı

0
13

Ukrayna qoşunları artıq Rusiya tərəfindən ələ keçirilən Xerson şəhəri ətrafındadır. Əyalət mərkəzində döyüşlərin səsi eşidilir. 

Medonline.az xəbər verir ki, bunu Prezident Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib. 

Onun sözlərinə görə, Ukrayna dövlətinin müdafiəçiləri Xersondan az qala 20 kilometr aralıda yerləşir. 

Arestoviç qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinə Qərbdən gözlənilən yardım son ünvana çatmasa da, vəziyyət bu cür inkişaf edib:

“Mənim bir sualım var: – siz, Kremldəkilər, hansı referendumdan danışırsınız? Ukrayna Silahlı Qüvvələri Xersondan cəmi 20 kilometr aralıdadır! Bu, sadəcə virtual reallığın yaradılmasıdır. Artıq döyüş səslərinin burada eşidildiyini başqa necə izah etmək olar? Xerson sanki özü yaxınlaşır, bağışlayın, bu şərtlərlə nə referendum?”

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code