Ukrayna ordusu Rusiyanın bu elit birliyindəki 900 işğalçıdan yalnız 60-ı sağ buraxdı…

0
15
Rusiya işğalçıları genişmiqyaslı hücumun başlanğıcından Donbasda böyük itkilər veriblər. Ukrayna Müdafiə Qüvvələri orada işğalçıların iki elit briqadasını, demək olar ki, tamamilə məhv edib.
 
 
Medonline.az xəbər verir ki, bu barədə “Kanal 24” kəşfiyyat mənbələrinə istinadla məlumat yayıb. 
 
İşğalçıların Donbasdakı hücumu dayandırılıb, çünki Ukrayna əsgərləri “düşmənləri sənaye miqyasında darmadağın edib”. İşğalçıların itkiləri nəhəng kolonlarla hərəkət etməmələri, təchizatla bağlı problem yaşamamaları, artilleriya və aviasiyanın atəş dəstəyindən istifadə etmələri səbəbindən daha alçaldıcı görünür.
 
Müharibənin ilk ayında Rusiya Federasiyası yalnız işğalçıların yer üzündən sildiyi  Volnovaxanı ələ keçirə bilib. Bütün digər istiqamətlərdə işğalçılar inanılmaz itkilər veriblər və bir neçə yüz metr belə, irəliləyə bilməyibilər.
 
Nəşrin mənbəsinin bildirdiyinə görə, müharibənin ilk həftələrində texnika ilə birlikdə Volqoqraddan gələn  20-ci əlahiddə qvardiya moto-atıcı Karpat-Berlin Qırmızı Bayraqlı Suvorov ordenli briqadasına daxil olan bütöv bir Batalyon Taktiki Qruplaşması məhv edilib. Bu minvalla həmin qruplaşmadakı 900 hərbçidən yalnız 60-ı sağ qalıb.
 
Məhz belə fəlakətli itkilər fonunda Donbassda ilk dəfə döyüşə çıxmaqdan kütləvi imtinalar qeydə alınıb.  Qırmızı Bayraqlı Suvorov və Lenin ordenli Vitebsk 38-ci qvardiya motoatıcı briqadasının işğalçıları Ukrayna Silahlı Qüvvələri ilə bir neçə dəfə toqquşmadan sonra Rusiya Federasiyasına qayıtmağı tələb ediblər.
 
Bu elit briqada, demək olar ki, tamamilə darmadağın olub. Generallar onun qalıqlarını Rusiya Federasiyası ərazisinə çıxarmaq qərarına gəliblər. Geri qayıtdıqdan sonra işğalçılar kütləvi şəkildə istefa raportları yazdılar.
 
Bir müddət öncə Baş Qərargah işğalçıların yeni itkiləri barədə məlumat verib. Rusiya ordusunun “demilitarizasiyası” davam edir. Belə ki,  düşmən son sutka ərzində daha 110 əsgərini itirib. 24 fevraldan  7 iyunadək düşmənin ümumi döyüş itkiləri təxminən 31.360 nəfər təşkil edib.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code