“Sənətdə ata-bala münasibəti yoxdur, çox zülmkaram”

0
13

Bu gün sosial şəbəkələrdə və bir neçə saytda xalq artisti Alim Qasımovun anadan olduğu gün kimi qeyd olunub.

“Bu sənətdə həm uğur, həm də böyük tamaşaçı kütləsi qazanmışam. Ən böyük mükafatım bunlardır. Sənətkar hər zaman özünü sadə aparmalıdır. İnsan nə qədər yerlə getsə onu Allah ucaldır. Bilirsiniz ki, Avropa Oyunlarında uçan xalça ilə səhnəyə çıxdım. Xalçanın üstündə yerdə oturub bardaş qurdum endim aşağı, daha sonra Allah məni sənətimlə göylərə qaldırdı” deyə sənətkar bildirib.
 
 
Xalq artisti qızı, əməkdar artist Fərqanə Qasımovadan da danışıb.
 
“Sənətdə ata-bala, müəllim-tələbə münasibəti yoxdur. O işdə zülmkaram, hətta səhvini də demişəm. Bu iş belədir ki, ya olmalısan, ya da olmamalısan. Fərqanə mənə səhnədə təkandır. Bir-birimizi səhnədə başa düşürük. Bəzən görürsən ki, onun sözü yaddan çıxır mən deyirəm, mənim sözüm yaddan çıxır o deyir” deyə sənətkar bildirib.
 
Qeyd edək ki, Alim Qasımovun doğum gününün bu gün olması xəbərini Kulis.az saytı yayıb və onun həyat fəaliyyəti haqda geniş yazı yayımlayıb.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code