“Rayon rəhbərləri çalışırlar ki, azyaşlı qızların ərə verilməsini gizlətsinlər…”

0
44
“Bu məsələlərin qarşısını almaq üçün müəyyən bir sistem yaranmışdı, azyaşlı qızların ərə verilməsinə nəzarət var idi. Amma pandemiya bu məsələləri kifayət qədər iflic vəziyyətinə saldı. Son zamanlar sosial şəbəkələrdə də bunu müşahidə etmək olur. Qadınların hər davranışları nəzarətdən keçirilir, kifayət qədər qadağalar, məhdudiyyətlər var. Amma əslində heç kim fərqinə varmır ki, bunlar gənc qızların taleyində mühüm rol oynayır”

 

Bunu Medonline.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova azyaşlı qızların ərə verilməsi məsələsindən danışarkən deyib. M.Zeynalova bu istiqamətdə maarifləndirmə işlərinin də zəif aparıldığını bildirib:
 
“Düşünürlər ki, bu addım onların belə məcburi ərə verilməsində, qorunmasında, gələcəklərinin təmin edilməsinə kömək edəcək. Amma mahiyyətcə görürsünüz ki, nəticədə nə olur. Qadınların inkişafı, dəstəklənməsi, yaxşı uğur hekayəsi yox, hansısa bir hadisədə kifayət qədər toplumun qadına qarşı münasibətdə çox qəddarcasına konkret çərçivələrə salması görünür. Bu öz təsirini göstərir. 
 
Eləcə də qadına qarşı cəzaların da sərt olması mühüm məsələdir. Qeyri-Hökumət Təşkilatlarının da rayonlarda işi iflic vəziyyətindədir, işləyə bilmirlər. Belə görüşlər, valideynlər arasında maarifləndirmə aparmaq çox yaxşı effekt verirdi, amma təəssüf ki, neçə ildir Qeyri-Hökumət Təşkilatlarının rayondarda davamlı işləri getmir. Nəzarət mexanizmi yoxdur. 
Rayon rəhbərləri çalışırlar ki, belə məsələləri gizli saxlasınlar. Bu da onu göstərir ki, stereotiplər yenə daha kəskin formada qabarmağa başlayır və daha çox bu qadınlara şamil olunur. 
 
İndi nazirliklər rayonlara gedib maarifləndirmə aparırlar, amma eyni qrup arasında bu işi aparmaq düzgün deyil, əhalinin arasına çıxmaq lazımdır”.
 
Qeyd edək ki, Sabirabadda iki azyaşlı qızın ərə verilməsi mətbuatda müzakirələrə səbəb olub. 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code