Jirinovski Türkiyədə niyə həbs edilmişdi? – Bir insidentin tarixçəsi – VİDEO

0
17
  •  
  •  
 
 

Video əlavə olunub.

xxx

Müasir rus şovinizminin parlaq nümayəndəsi, anası rus, atası hüquqşünas (1991-ci ildə seçkiqabağı kampaniya zamanı özü belə demişdi: “Mat –  russkaya, otets – yurist”) Vladimir Jirinovskinin (1946-2022) çılğın həyatı ərzində müxtəlif macəralarla üzləşmək “şansı” olub. Hətta gəncliyində qısa müddət Türkiyə həbsxanasında saxlanılıb. Bu hadisə barədə Azərbaycanda çox adam məlumatlı olsa da, heç də hamı Volfoviçin Türkiyədə nə səbəbə həbs edildiyini bilmir.

.Jirinovskinin Türkiyədə nə üçün həbs edildiyini araşdırıb.

Onun bioqrafiyasının bu qəribə epizodu 1969-cu ilə aiddir. Siyasətçi özü Moskva Dövlət Universitetinin Şərq dilləri fakültəsində oxuduğunu xatırlayaraq, vaxtilə bu barədə jurnalistlərə məlumat vermişdi. Onun ixtisası türk dili və ədəbiyyatı olub. Ona görə Jirinovskinin tərcüməçi-stajor qismində Türkiyənin İsgəndərun şəhərində yerləşən metallurgiya kombinatına diplomqabağı birillik praktikaya göndərilməsi təəccüblü deyildi. Bu müəssisə o vaxt SSRİ-nin köməyi ilə tikilmişdi və gənc türkoloq ora Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsi sistemindən düşmüşdü. Bəhs ediyimiz xoşagəlməz insident də Jirinovskinin başına məhz həmin dövrdə gəlib.

Nanlar üçün – həbsxanada iki onillik

Məsələ burasındadır ki, hava limanına çatanda Jirinovskinin bir neçə rubl pulu qalıbmış, lakin bu pulu özü ilə apara bilməzdi. O dövrün qanunlarına görə, sovet pullarını xaricə aparmaq olmazdı. Buna görə də bu pula Moskva və Leninqradın görməli yerlərini, habelə mədəniyyət xadimlərinin portretlərini əks etdirən döş nişanları şəklində suvenirlər almaq qərarına gəlir. O, nişanları hədiyyə etmək üçün özü ilə aparmaq qərarına gəlir. Bu təcrübə Türkiyədə geniş yayılıb, hər yerdə tətbiq olunur, kiminləsə görüşüb-danışandan sonra ona belə bir nişan vermək münasib olardı. Bu, həm də diqqət və hörmət jestidir ki, türklər bunu yüksək qiymətləndirir.

Və budur, Türkiyəyə gələn Vladimir Volfoviç müxtəlif insanlarla söhbət etdikdən sonra döş nişanlarını paylamağa başlayır. Bir müddət belə davam edir, amma günlərin birində o, qəfildən Türkiyə polisi tərəfindən həbs olunur və  …“kommunist propaqandası” aparmaqda ittiham edilir. Buna görə o zaman Türkiyədə kifayət qədər ağır cəza nəzərdə tutulurdu.

Məsələ ondadır ki, Jirinovskinin özü ilə götürdüyü döş nişanlarında Kremlin qırmızı ulduzlu qüllələri, “Avrora” kreyseri, Lev Tolstoyun abidəsi və digər bu kimi hallar təsvir edilmişdi. Bunlar “propaqandada” ittiham edilmək üçün kifayət edirdi. Xüsusən də nəzərə almaq lazımdır ki, yerli təhlükəsizlik əməkdaşları stajoru uzun müddət izləmişdilər. Nəticədə Volfoviç həbsxanasına düşür və yerli qanunlara görə, növbəti 20 ilini içəridə keçirmək “şansı” qazanır. 

Bununla belə Jirinovski dəmir barmaqlıqlar arxasında az vaxt keçirir – şəxsi etirafına görə, iki həftədən bir qədər çox. Bu müddətdən sonra Türkiyə məhkəməsi polisin ona təqdim etdiyi məlumatları nəzərdən keçirir və qərara gəlir ki, Vladimirin payladığı döş nişanları, ümumiyyətlə, təşviqat materialı kimi deyil, məhz suvenirlərə aid edilə bilər. Bundan sonra onu həbsdə saxlamağın mənası yox idi. Tərcüməçi-stajor sərbəst buraxılır, ancaq dərhal ölkədən deportasiya edilir.

Aqibət xoşagəlməz oldu, amma ölümcül deyildi…

 

Siyasətçi sonradan öz macərasını xatırlayarkən bunun onun üçün xoşagəlməz olduğunu bildirirdi. O, ömründə ilk dəfə həbsxanaya düşmüş, üstəlik bu, xarici ölkədə baş vermişdi. Buna baxmayaraq, hər şey kifayət qədər dözümlü idi və Jirinovski müsahibələrində Türkiyə həbsxanasında əlahiddə bir halla üzləşmədiyini vurğulayırdı. O, qeyd edirdi ki, Türkiyədən yüngül qorxu ilə ayrılıb, hər şey yaxşı qurtarardı, əgər bir “əmma” olmasaydı. Onun sözlərinə görə, bu epizoddan sonra ona uzun müddət xaricə getməyə, həmçinin Sov.İKP sıralarına və aspiranturaya daxil olmasına qadağa qoyulub. Düzdür, bu hadisə Jirinovskinin fərqlənmə diplomu almasına mane olmur, amma institutu bitirdikdən sonra onu SSRİ Müdafiə Nazirliyinin sərəncamına göndərirlər, başqa sözlə, ordu sıralarına çağırırlar. Ancaq təyinat aldığı xidmət yerinə heç cür pis demək olmazdı: Zaqafqaziya hərbi dairəsinin qərargahında siyasi idarənin zabiti. Liberal-Demokrat Partiyasının gələcək lideri iki ilini burada keçirir. O dövrdə ali təhsillilər üçün hərbi xidmət iki il nəzərdə tutulurdu.

Digər mənbələrə görə, Jirinovski Türkiyədə yalnız ev dustağı olub, amma iki aya yaxın orada qalıb. Bunu onun silahdaşı, – RLDP-nin deputatı Aleksey Mitrofanov deyib. Fəqət Jirinovski bu ilin aprelində dünyasını dəyişdiyi üçün artıq bu faktı yoxlamaq mümkün deyil…

 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code