Consondan dünyaya TARİX DƏRSİ: “Pis sülh razılaşmaları…”

0
67

Böyük Britaniyanın baş naziri Boris Conson dünya liderlərinin Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya lideri Vladimir Putinlə pis sülh razılaşmasına sövq etməsinə qarşı çıxıb.

Medonline.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Müavinlərinin təşəbbüsü ilə keçirilən etimadsızlıq səsverməsindən qalib ayrılan Conson, nazirlərə deyib ki, Britaniya Ukraynaya dəstəkdə “ön planda qalacaq”, – Britaniya baş nazirinin sözçüsü bildirib.

“O, prezident Zelenskiyə pis sülhə razı olması üçün təzyiq etməməyin vacib olduğunu bildirib və qeyd edib ki, pis sülh razılaşmaları uzun sürmür. Onun sözlərinə görə, dünya Putinin əsassız təcavüzünün öz bəhrəsini verdiyi təəssüratı yarada biləcək istənilən nəticədən qaçmalıdır”, – sözçü seyib.

Hökumətin iclasında Böyük Britaniyanın xarici işlər naziri Liz Trass da bildirib ki, London Ukraynaya müdaxilə etdiyi üçün Rusiyaya qarşı əlavə sanksiyalar hazırlayır.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron  Ukraynada hərbi əməliyyatlar dayandırıldıqdan sonra diplomatik həll yolu tapılması üçün Rusiyanı aşağılamamağın çox vacib olduğunu bildirmişdi. Makron bununla belə, Putinin müharibəyə başlamaq qərarını fundamental tarixi səhv hesab etdiyini bildirib. 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code