“Amma Putini kabinetində gözləməyə vadar edəndə Ərdoğana hörmətim artıb, əhsən ona!..”

0
12
“O, hamını-İngilis Kraliçasını da, Roma Papasını da gözlətməyə vadar edərək, onlara qarşı hörmətsizlik ed

 
“Stalindən, Kaliquladan yaxa qurtaranlar kimi,  Putindən də xilas olacaqlar…”
 
Rusiya Federasiyasının prezidenti Vladimir Putin xarici liderlərlə görüşlərə gecikərək onlara qarşı hörmətsizlik edib, çünki ona belə davranmağa imkan verilib.
 
Moderator.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində Rusiya yazıçısı Mixail Veller bəyan edib.
“O, hər yerə gecikib. Bir dəfə kimsə cəsarət edib bunu ondan soruşanda o, deyib: “Mən heç vaxt gecikməmişəm. Axı, mənsiz də başlayıblar”.
 
İki dəqiqə gecikmişəm, qapılar bağlanır, növbəti dəfə növbəti danışıqlar olacaq, qoy xarici işlər nazirliklərinin aparatları danışslnlar. Beləliklə, onu gözləyirdilər-İngilis kraliçası da, Roma papası da”, – Veller deyib.
 
Putinlə görüşə gecikən yeganə siyasətçi Türkiyə prezidenti Rəcəb Ərdoğan olub, – yazıçı davam edib.

“Mənin Putini öz kabinetində gözləməyə məcbur edən Ərdoğana hörmətim artıb. Putin xalça üzərində dayanıb, Ərdoğan hələ bir-neçə dəqiqə onu gözləməyə məcbur edib, sonra gəlib. Əhsən Ərdoğana! O, bizim kəndimizdə kimin başçı olduğunu göstərib”, -Veller belə deyib.

 
Rus yazıçısı hedab edir ki, Putinin ətrafı onu devirmək istəyərdi.
 
“Putinin ətrafı ondan canını qurtarmaq istəyərdi, çünki gələcəkdə bizi nə qədər qayğılar, böyük itkilər, baş ağrısı və çətinliklər gözləyəcək. Belələrinin sayı artdıqca, ondan xilas olacaqlar. Stalindən, Kaliquladan, imperator Paveldən yaxa qurtaran kimi, bundan da xilas olacaqlar”, – Veller buna əmindir.
 
O, həm də əmindir ki, Putin təhlükəni hiss edir, ona görə də hətta silahdaşları ilə məsafədən ünsiyyət saxlayır.
 
“O, gah əsir, öz kabinetində öz  nazirlərindən 6 metr məsafədə əyləşir. Düz edir əsir! Amma xeyri yoxdur, kömək etməyəcək. Elə rəvayətdə deyildiyi kimi: “Mən də öz qulluqçumu orada görəndə təəccübləndim, – Ölüm deyib. – Çünki mən bu şəhərdə onunla görüşü təyin etmişəm, – yazıçı qeyd edib.
 
Veller vurğulayıb ki, Rusiya prezidenti öz əcəli ilə ölməyəcək.
 
“Aydındır ki, Putin də həyatını bizim hamımız kimi bitirəcək, – tez, ya gec biz haqq dünyasına qovuşacağıq. Sizin kəşfiyyatın şefi Budanovun “Putin ağır xəstədir, amma onun sabah öləcəyini düşünmək lazım deyil, o, hələ bir neçə il yaşaya bilər” sözlərindən şənlənmişəm.
 
Amma mənə elə gəlir ki, bu işdə ona kömək edəcəklər, çünki o, bu gün kiməsə faydalı olduğundan daha çox maneçilik törədir. Onu  yaınız o adamlar müdafiə edə bilər ki, hakimiyyət dəyişəndə öz postlarını itirəcəklər. Ona görə də o, öz mühafizəçilərini qubernator postlarına yerləşdirib”, – yazıçı belə hesab edir.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code