Ətdən imtina beynin inkişafına necə təsir edir?

0
40

Ətdən imtina beynin inkişafına necə təsir edir?

Özünüzü gümrah hiss etmək və həmişə formada olmaq üçün qidalanmanıza xüsusi fikir verməlisiniz. Yemək yüngül, sağlam və dadlı olmalıdır. Arıqlamaq və maddələr mübadiləsini normallaşdırmaq üçün bu gün dietoloqlar yüzlərlə pəhriz üsulu təklif edir. Doğrudur, pəhriz sağlamlıq və rifahın açarıdır, amma bəzi insanlar, məsələn, vegetarianlar inanclarına görə müxtəlif təbii qidalardan imtina edirlər ki, bununla da bədənlərinin immunitetini zəiflədir, müdafiə qabiliyyətlərini azaldırlar. 

Medonline.az oxucuları veqan qidalanma ilə bağlı dünyada aparılan araşdırmalar və onun nəticələri ilə tanış edir.

Vegetarianlıq və onun müxtəlif növləri heyvanlara tolerant münasibət, müasir reallıqlarda sənaye təsərrüfatlarında proseslərin təşkilinə və ətraf mühitin zəhərlənməsinə qarşı şüurlu reaksiya kimi də qiymətləndirilə bilər. Bu pəhrizdən həm arıqlamaq, həm də bütövlükdə bədəni təmizləmək üçün istifdə edilir. Veqanizmin əsas fəlsəfəsi odur ki, heyvan məhsullarından imtina etməlisiniz. Lakin veqan pəhrizində beyin üçün vacib qidaların az olması (bəzi hallarda heç yoxdur) ciddi fəsadlara səbəb olur. Veqan pəhrizinin beyin inkişafını ləngidə və insanın sinir sisteminə sağalmaz zərər verə biləcəyi barədə də məlumatlar yayılır. Alimlər hesab edir ki, bitki mənşəli pəhrizlərin qida dəyərinin aşağı olması veqanların düşünmə qabiliyyətinə təsir edə bilir. Bəs orqanizmin ehtiyac duyduğu müxtəlif yağları, amin turşularını, vitaminləri və mineralları hardan tapmaq olar? Bizim üçün bütün bu faydalı elementlər heyvan ətində toplanıb. Ətdən imtinanın zərəri fikri intuitiv olsa da, bir çox elm adamları beyin kimi unikal orqanın inkişafı üçün ətin vacibliyinə inanırlar. Bəziləri hətta əmindir ki, bizi insan edən “ət” olub. Arqumentlərdən biri budur ki, ağıl bizə çox baha başa gəlib: beyin çəkisi bədən çəkimizin yalnız 2 faizini təşkil etməsinə baxmyaraq, gündəlik kalorilərin təxminən 20%-ni xərcləyir. 

Ovçuluq və ov əcdadlarımızın əsas məşğuliyyəti və qidanın əsasını təşkil edib, fəqət bu gün mənzərə bir qədər fərqlidir. Son statistik məlumatlara görə, hazırda planetdə təxminən 375 milyon vegetarian var. Qərbdə veqanizm yeni minilliyin ən sürətlə inkişaf edən tendensiyalarından birinə çevrilib, məsələn, ABŞ-da 2014-2017-ci illər arasında veqanların sayı 600% artıb. 

Hindistanda ətsiz qidalanmaq eramızdan əvvəl VI əsrdən tamamilə adi hala çevrilib. 

2016-cı ildə Alman Qidalanma Cəmiyyətinin mütəxəssisləri qəti şəkildə bildiriblər ki, veqan pəhrizi uşaqlar, yeniyetmələr, hamilə və süd verən qadınlar üçün tövsiyə edilmir. 2018-ci ildə aparılan növbəti araşdırma bu ehtimalı təsdiqləyib.

Belçikada isə uşaqları veqan qidalanmaya məcbur etmək həbs cəzası ilə nəticələnə bilər. 

Bəs ətdən imtina həqiqətən insan beyninə, intellektinə təsir edirmi? Yoxsa, biz əbəs yerə qorxuruq?

Bu mövzuda ideala yaxın yeganə tədqiqat Keniyada aparılıb. Burada 555 məktəbli aşağıdakı qaydada qidalanıb: azyaşlıların üçdə birinə ət şorbası, üçdə ikisinə süd şorbası, üçüncüsünə isə ya bitki yağında bişirilmiş şorba verilib, bəzən şorba da verilməyib. Məktəblilər 7 il belə qidalanıb. Üç qrupun intellektini müqayisə etmək üçün iştirakçılar təcrübədən əvvəl və sonra sınaqdan keçirilib. Qeyd edək ki, ölkədəki iqtisadi çətinliklər səbəbindən eksperiment başlamazdan əvvəl uşaqların əksəriyyəti de-fakto vegetarian idi. Tədqiqatın nəticələri alimləri həqiqətən təəccübləndirüb. Məlum olub ki, hər gün ət şorbası yeyən uşaqlar yaşıdlarından əhəmiyyətli dərəcədə daha intellektlidir. Bundan əlavə, onların hesab qabiliyyəti üç qrup arasında ən yaxşısı olub. Amma bu göstəricilər bitki şorbası verilən uşaqlarla müqayisə edilə bilər. Əlbəttə ki, ətin belə təsirinə əmin olmaq üçün daha çox araşdırma tələb olunur. Bundan əlavə, inkişaf etmiş ölkələrdə yaşayan uşaqlarda oxşar nəticələrin əldə olunub-olunmayacağı bilinmir. Ən azı araşdırma veqanizmin uşaqlarda beyin inkişafına təsiri ilə bağlı maraqlı suallar doğurur.

 

Əslində, bitkilərdə və göbələklərdə beyin üçün çox vacib sayılan bir neçə maddəyə rast gəlinmir. Kreatin, karnosin, taurin, omeqa-3s, dəmir və B12 və D3 vitaminləri adətən yalnız heyvansal məhsullarda olur. Yeri gəlmişkən, onlar laboratoriyada sintez edilə, yosun, bakteriya və ya liken kimi qeyri-heyvan məhsullarından çıxarılaraq qida əlavələrinə çevrilə bilər. Bəzilərini veqan qidalarında tapmaq olar, lakin cüzi miqdarda: məsələn, B12 vitaminin hər gün tələb olunan minimum miqdarını (1,3 mq) əldə etmək üçün təxminən 750 qram kartof  yemək lazımdır. Kartof  həvəskarlarının ürəyincə olsa da, praktik deyil.  

Vücudumuz vacib maddələrin bəzilərini digər inqrediyentlərdən yarada bilsə də, onun tutumu bütün ehtiyacları tam ödəməyə kifayət etmir. Məlum olub ki, vegetarianların və veqanların orqanizmində yuxarıda sadalanan bütün qida maddələrinin səviyyəsi aşağı düşür. Bu çatışmazlığın veqanların həyatına necə təsir etdiyi hələlik bizim üçün sirr olaraq qalır. Ancaq son araşdırmalar bizə bəzi ipucları verir.

“Think Healthy Group”un qidalanma üzrə məsləhətçisi və baş direktoru Teylor Uollis bitki mənşəli pəhrizlərin mövcud populyarlığının birbaşa təsirlərinin olduğuna inanır. 

B12 defisiti

Vegeterianların ən məşhur problemlərindən biri – yumurta və ət kimi heyvan mənşəli məhsullarda olan B12 vitamininin çatışmazlığıdır. Digər canlılar onu həzm sistemində və ya nəcislərində yaşayan bakteriyalardan alırlar – onları ya birbaşa udurlar, ya da öz nəcislərini yeyirlər. Aydındır ki, bu nəzəriyyə insanlar üçün mümkün deyil. B12 vitamininin beyin üçün nə qədər vacib olduğunu anlamaq çətin deyil. Uşaqlar üçün B12 çatışmazlığı ciddi nəticələrə səbəb ola bilər. Fəsadları özünü müxtəlif formada göstərə bilir. Bir halda uşaq otura və ya gülümsəyə bilmir. Başqa bir halda azyaşlı sadəcə komaya düşür. Yaşlı insanın qanında B12-nin miqdarı birbaşa onun IQ intellekt nisbəti ilə bağlıdır. Bu barədə aparılan araşdırma göstərib ki, B12 səviyyəsi aşağı olan insanların beyninin kiçilmə ehtimalı altı dəfə çox olur. Hindistanın bəzi bölgələrində bu problem endemikdir. Bu, bəlkə də orada vegetarianlığın yayılması ilə əlaqədardır. 

Для веганов очень важно принимать биодобавки, компенсирующие нехватку в их организме питательных веществ из продуктов животного происхождения, говорят эксперты

Dəmir azlığı 

Dəmir tipik veqan pəhrizlərində nadir rast gəlinən başqa bir tərkib hissəsidir. O zehni inkişafda mühüm rol oynayır və həyat boyu beyin sağlamlığını qorumaq üçün lazımdır. Məsələn, 2007-ci ildə aparılan bir araşdırma dəmir preparatları qəbul edən qadınların intellektual qabiliyyətlərinin əhəmiyyətli dərəcədə (beş-yeddi dəfə) artmasına səbəb olduğunu göstərib. 

Bədəndə dəmir çatışmazlığı tez-tez özünü göstərir. 2 milyarda yaxın insanın eyni problemi yaşadığı ehtimal edilir və buna dünyada geniş yayılmış qida çatışmazlığı səbəb olur. Veqanlar xüsusilə həssasdırlar, çünki bədən tərəfindən ən asan mənimsənilən heme dəmiri yalnız heyvan zülallarında tapıla bilər. Bir alman aliminin araşdırması üzə çıxarıb ki, veqanların 40%-inin gündəlik dəmir ehtiyacı qarşılanmır.

D3 çatışmazlığı 

Veqanlar həm də D3 vitamini, omeqa-3 yağ turşuları, selen, yod və fol turşusu çatışmazlığından əziyyət çəkirlər. Bədənimiz birbaşa günəş işığına məruz qaldıqda D3 vitamini istehsal etsə də, veqanlarda çatışmayan miqdarını kompensasiya etmir.

Qış aylarında Britaniyada ət yeyənlərin qanlarında veqanlara nisbətən təxminən 40% daha çox D3 vitamini oklur. Təbii ki, yuxarıda sadaladığımız bir çox maddələrdən bəziləri qida əlavələri şəklində əldə edilə bilər. Bununla belə, vegetarianların orqanizmin çatışmayan digər maddələr də var. Məsələn, taurin. Bu sirli amin turşusu beynimizdə ən bol olanlardan biridir və o, neyronların sayını tənzimləmək kimi bir sıra mühüm proseslərin əsasını təşkil edir. Qəhvə və bəzi süd məhsullarında az miqdarda olsa da, onun əsas mənbəyi ət və dəniz məhsullarıdır. 

Florida Atlantik Universitetinin (ABŞ) bioloqu Yang Yen Vunun sözlərinə görə, bəzi bioloji varlıqlar bədəndə kifayət qədər taurin istehsal etmək qabiliyyətinə malikdir. Amma insanlar bunu, demək olar ki, bacarmır. Bu səbəbdən veqanların bədənlərində adətən daha az taurin olur. İndiyə qədər heç kim bu faktın onların idrak qabiliyyətlərinə necə təsir etdiyini öyrənməyib. Ancaq taurinin beyindəki rolu haqqında bildiklərimizə əsaslanaraq, Vu veqanlara taurin tabletləri qəbul etməyi tövsiyə edir, çünki bu maddə tərəvəzlərdə yoxdur. Əslində, beynimizin sağlamlığına dair məlumatsızlıq veqanlar üçün böyük problem ola bilər. 

Oksford Universitetinin bioloqu Nathan Kofnas hesab edir ki, sağlam qidalanmadan kənara çıxmaq risklidir: “O qədər naməlum məsələlər var ki, adi qida normasından kənara çıxıb beyin sağlamlığı üçün sınaqdan keçirilməmiş pəhrizə keçdiyiniz zaman öz üzərinizdə təcrübə keçirmiş olursunuz”. 

Fitnes kokteyllərin tərkibindəki ağ rəngli maddə keratin adlanır. Onun bədəndəki təbii funksiyası hüceyrələrimizi enerji ilə təmin etməkdir, buna görə də fitnes klublarının daimi üzvləri tərəfindən tez-tez qəbul edilir. Bu maddə beyin üçün də vacibdir. Tədqiqatlar göstərir ki, keratinin bir sıra faydaları var. Məsələn, zehni yorğunluğun azalması və yaddaşın yaxşılaşdırılması. Bu yaxınlarda kreatin “ağıl üçün həb” kimi istifadə olunmağa başlanıb. Nə tərəvəzlərdə, nə də göbələklərdə kreatin yoxdur, bu isə veqanlar və vegetarianlar üçün problemdir: onların bədənlərində kreatin çatışmazlığı qeydə alınır. Kreatinin azlığının insanlarda zehni geriliyə səbəb olub-olmaması ilə bağlı müxtəlif məlumatlar var. 

Tədqiqatlar onu da üzə çıxarıb ki, vegetarianların xərçəng olmaq riski daha yüksəkdir. Onlar həmçinin anksiyete pozğunluğu və depressiyaya daha meyllidirlər. Ətdən imtina edən insanlarda psixiki pozğunluğun artma riski ilə bağlı bir neçə tədqiqat mövcuddur. Araşdırmalar göstərib ki, vegetarianlar daha çox dərman qəbul edir, nəinki ət normasını təmin edən insanlar.

На первый взгляд кажется, что у веганов - разнообразная еда. Но мозг получает из нее далеко не все необходимое

Yekunda hansı qənaətə gəlirik?

Britaniya xeyriyyə təşkilatı olan Veqan Cəmiyyətinin dietoloqu Heyzer Rassell etiraf edir ki, veqan sağlamlığı və qidalanması ilə bağlı daha çox araşdırmaya ehtiyac var. Beyin və ürək-damar sağlamlığı bir-biri ilə sıx şəkildə bağlıdır və vegetarianlar daha sağlam ürəyə sahib olurlar.

“İnsanlara hər zaman deyirəm ki, əgər siz veqan və ya vegetarian olmaq istəyirsinizsə, bu yaxşıdır. Biz buna qarşı çıxa bilmərik, fəqət orqanizmin 40-a yaxın əsas qida maddəsinə ehtiyacı var. Odur ki, beynin nəyə ehtiyacı olduğunu başa düşmək üçün veqanlar bu mövzunu çox yaxşı öyrənməlidirlər. Üstəlik, veqanlarda çatışmayan bəzi qida maddələri (kolin, kreatin, taurin və karnozin) kifayət qədər böyük miqdarda qəbul edilməlidir. Bir həb kifayət deyil”, – Teylor Uollis açıqlamalarının nəticəsində bildirib.

Professor, sosioloq Tim Benton inanır ki, əgər siz savadlı, diqqətli və sağlam qidalanmağa sadiqsinizsə, şəxsi xüsusiyyətləriniz bu inanca uyğundursa, sağlamlığa zərər vermədən vegetarian olmaq tamamilə mümkündür. Ancaq o da aydındır ki, bu zaman qida çatışmazlığı ilə qarşılaşa bilərsiniz. 

Oksford Universitetini alimi Natan Kofnasın bu məsələyə daha sərt yanaşması var. O deyir ki, vegetarianlar əlavələr qəbul edə bilsələr də, onların hamısından bunu gözləmək qeyri-realdır. 

Pandemiyadan sonra aparılan araşdırmalar müəyyən edib ki, ətdən imtina edən insanların koronavirusa yoluxma riski daha yüksəkdir. Epidemioloq Olqa Nenastinanın sözlərinə görə, vegetarian qidalanma ilə sağlamlığınızı qoruya bilmərsiniz: “Anlaşılmalıdır ki, yüksək dərəcəli protein maddələri müntəzəm qəbul etməsəniz, bu, hüceyrələrin məhvinə və orqan disfunksiyalarına səbəb olacaq. Əlbəttə ki, koronavirus da daxil olmaqla müxtəlif xəstəliklərə yoluxma riski əhəmiyyətli dərəcədə artacaq”, – həkim qeyd edib.

Epidemioloqun sözlərinə görə, hər hansı ağır pəhriz orqanizmdə müxtəlif maddələrin çatışmazlığına səbəb olur. Müasirimizin gündəlik rasionda heyvan mənşəli məhsullar xüsusi yer tutur. Çünki, bir çox maddələr insan bədənində sintez olunmayan, amma həqiqətən ehtiyac duyduğu vacib vitamin mənbələri sayılır. Bunlar xüsusilə B2 və B12 vitaminləridir – hematopoezdə, sinir və həzm sistemlərinin işində vacib rol oynayır, eyni zamanda dəri və selikli qişaların durumuna da cavabdehdirlər.

Bundan əlavə, özlərini heyvan məhsullarından məhrum edən insanlarda şəkərli diabet, bronxial astma, artrit və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola biləcək doymamış yağ turşularının (PUFA) çatışmazlığı meydana gələ bilər.

Terapevt Yelena Tixomirova da bənzər fikri jurnalistlərlə bölüşüb. Onun sözlərinə görə, vegetarianlıq COVID-19-a yoluxma riskini artırır, vegetarian “təcrübəsi” uzandıqca immunitet də bir o qədər zəifləyir. Bundan əlavə, vegetarianlıq bir sıra xroniki xəstəliklərə səbəb olur.

Bir qrup mütəxəssis isə bu fikirdədir ki, son illərdə heyvanlara o qədər hormonal iynələr vurulur ki, bu, ətin dad və keyfiyyətinə birbaşa təsir edir. Bu halda ət yemək, yaxud yeməmək dilemması isə üzləşmiş oluruq. 

Son söz

Deyirlər ki, Hindistanın milli qəhrəmanı Mahatma Qandi yeniyetmə çağlarında dostlarının təsiri altında ət yemək qərarına gəlib. Ət ona sərt və dadsız göründüyü üçün bir daha toxunmayıb. Amma onun qidalanma ilə bağlı təcrübələri bununla bitməyib. O, həmçinin duzdan imtina edib, sonra yenidən ondan istifadəyə qayıdıb, sonra veqanizmi sınayıb. Dizenteriya xəstəliyinə tutulan Mahatma Qandi gəzən skeletə çevrilib. Odur ki, sonda dahi hindli sağlamlığını geri qaytarmaq üçün süd məhsullarının lazım olduğuna qərar verib… 

Махатма Ганди, потомственный вегетарианец, всего один раз в жизни попробовал мясо - под влиянием друга, когда был подростком

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code