Kadırovun Türkiyəyə göndərdiyi killerlər necə yaxalandılar? – MİT-dən peşəkar əməliyyat…

0
41

Türkiyədə Rusiya kəşfiyyatına casusluq etməkdə və iki nəfəri öldürməyə cəhddə ittiham olunan 6 şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Türkiyədə son altı ayda Rusiya kəşfiyyat şəbəkəsi ardıcıl zərbələr alıb.

Türkiyədə daimi yaşamaq hüququ alan Rusiya vətəndaşlarının qətlini sifariş verən rus kəşfiyyatı daha öncəki illər “uğurlu” əməliyyatları icra edə biliblər.

Söhbət çeçen mücahidlərlərin qətli, rus iş adamlarının aradan götürülməsindən gedir.

Türkiyə MİT-i son illərə qədər Rusiya xüsusi xidmət orqanlarının türk torpağındakı fəaliyyətinə loyallıq nümayiş etdirib. Bunun nəticəsi olaraq Türkiyədə digər dövlətlərin kəşfiyyat xidmətləri, o cümlədən kriminal avtoritetlər “at oynadıblar”. Hətta Rusiya kimi kriminal ünsürlərlə zəngin olan bir ölkənin mafiya babaları İstanbulda özlərinə yuva salmışdılar. Eləcə də İran və İsrail kəşfiyyat bu ölkədəki fəaliyyətlərini genişləndirmişdilər.

Türkiyədə rus casusların fəaliyyətindən ən çox əziyyət çəkən çeçen mücahidlər olub. Mücahidlərin saxlanılan qatillərinin etiraflarından bəlli olub ki, onlar Rusiya Dövlət Dumasının deputatı, Çeçenistan lideri Ramzan Kadırovun əmisi oğlu Adam Delimxanovun, eləcə də Kadırov administrasiyasında məmur rolunu oynayan, müxtəlif “incə tapşırıqlar” üzrə mütəxəssis Kazbek Dukuzovun şəxsi göstərişi ilə hərəkət ediblər.

Onların vəzifəsi “Abdulhakim” təxəllüsü ilə çeçen müxalifət liderini aradan götürmək olub. Saxlanılan şəxslərə 33 il həbs cəzası verilib.

Saxlanılan şəxslər həmçinin qeyd ediblər ki, onların hədəfləri Rusiya Müdafiə Nazirliyinin iki keçmiş məmuru olub və onlar vəzifədə olarkən Rusiya hərbi idarəsinə məxsus meşə sahələrini və hazır taxta-şalban materiallarını qanunsuz olaraq Çinə 65,3 milyon dollara satıblar və daha sonra pullarını Türkiyəyə yatırıblar.

Kəşfiyyat qrupunun vəzifəsi bu məbləğləri ələ keçirmək olub. Ya xoşluqla, ya da zorla.

Türkiyə MİT bu plandan xəbərdar olub və “qanqsterləri” İstanbuldakı “Fateh” otelində yaxalaya biliblər. /Teleqraf.com/

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code