SON DƏQİQƏ! Paşinyanın son döyüşü BAŞLADI – Qarabağdakı quldur-terrorçular…

0
13

Baş nazirin iqtidarda qalması həm də Bakıya bağlıdır; Nikolun manevr üçün vaxt limiti bitir – kritik gözlənti

Ermənistan rəhbərliyinin Azərbaycanla sülh anlaşması məsələsində söz və termin oyunu davam edir. Bu dəfə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan fərqlənib. O, yenə İrəvanın Zəngəzur dəhlizi anlayışı ilə razı olmadığını söyləyib. Belə ki, Bakının kommunikasiyaların açılması məsələsində dəhlizdən bəhs etməsi barədə jurnalistin sualına cavabında Qriqoryan sonuncu Brüssel danışıqlarını xatırladaraq bildirib ki, kommunikasiyaların açılması məsələsində dəhlizə vurğu olmayıb.

Halbuki 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında Laçın dəhlizi ilə Zəngəzurdan keçəcək yolun tamamilə eyni xüsusiyyətə malik olduğu açıq şəkildə yazılıb. O səbəbə Azərbaycan hər iki yolun dəhliz məntiqi ilə fəaliyyətində israrlıdır, əks halda, Laçın yolu da dəhliz statusunu itirəcək. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xəbərdarlıq da edib.

Azərbaycandan müsbət siqnal gözləyirik" - Armen Qriqoryan » Qlobal.Az

Armen Qriqoryan

Qriqoryan həmçinin gorbagor olmuş “status” məsələsində fantaziyasını işə salaraq deyib: “Statusa gəlincə, bu gələcəyin işidir. Biz ”artsax”da yaşayan soydaşlarımızın təhlükəsizliyinin və hüquqlarının vacibliyini müdafiə etməyə davam edirik. Bundan sonra status məsələsi qaldırılacaq. Əminik ki, hüquqlar və təhlükəsizlik statusu müəyyən edəcək”.

*****

İrəvanda Paşinyan əleyhinə aksiyalarda saxlanılanların sayı 352-yə çatıb -  YENİLƏNİB 1

Ancaq İrəvan rəsmilərinin bunca cığallığına və sülh prosesinə süni əngəllər yaratmasına baxmayaraq, Ermənistandakı radikal-revanşist müxalifət Paşinyan iqtidarından əl çəkmir, onu “xəyanətkar” adlandırmağa davam edir, gözdən salmaq yönündə bütün vasitələrə əl atır, getdikcə daha da azğınlaşır. Radikal-revanşistlər hətta bu günlərdə yeni “Qarabağ hərəkatı” elan edib, “Şeytan yuvası” Xankəndində, “sülhməramlıların” gözü qarşısında Nikol Paşinyan əleyhinə çoxminli mitinq keçirilməsinə nail olublar.

Bu xüsusda iyunun 3-ü kritik gün sayılırdı. Belə ki, hökumət İrəvandakı mərkəzi meydanı polis gücünə radikallardan birdəfəlik təmizləməyi yekunlaşdırmağa hazırlaşırdı. Müxalifətin “Hayastan” və “Mənim Şərəfim” fraksiyaları isə həmin gün parlamentin növbədənkənar iclasını çağıraraq, Qarabağ və sərhədlərin delimitasiyası prosesi ilə bağlı bəyanat qəbul eləmək, parlamentin “qırmızı xətti” müəyyən eləməsinə nail olmağa hazırlıq görürdü. Revanşistlərin tələbi Ermənistan parlamentində “Qarabağın Azərbaycanın tərkibində hər hansı statusa malik olmasının istisna olunması” haqda təxribatçı bəyanatın qəbuludur. Ancaq hakim fraksiya parlament müzakirələrində iştirak etməyəcəyini bəri başdan açıqlayıb. Demək, belə bir sənədin qəbulu istisnadır…

****Beynəlxalq məsələlər üzrə rusiyalı tanınmış ekspert Aleksey Fenenkoya görə, əsasını Qarabağ klanı təşkil edən Ermənistan müxalifəti sözsüz ki, Paşinyana qarşı status mövzusundan istifadə edir. “Birincisi, Ermənistan müxalifəti üçün Paşinyanın 2-ci Qarabağ Müharibəsində məğlubiyyət mövzusunu irəli aparmaq, bu mövzuda qışqırıb-bağırmaq vacibdir. Çünki erməni cəmiyyətində hələ də kifayət qədər revanşist təfəkkürlü təbəqə var. Müxalifət cəmiyyəti süni şəkildə qızışdırmağa, psixikaya təzyiq göstərməyə, kiminsə ağrıyan qabarına basmağa çalışır. Müxalifət üstəlik, bununla Ermənistan cəmiyyətində qisasla bağlı ümidi gücləndirməyə çalışır”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, müxalifət indi Qarabağda da mitinq təşkil edir, çünki Qarabağda “partlayış” onların əlinə işləyəcək: “Nədən ki, Nikol Paşinyan bu potensial ”partlayış”dan sonra ondan imtina etməyə çalışsa və desə ki, yox, əlbəttə, status vacibdir, amma biz sülh yolu ilə, üçtərəfli razılaşmaların həyata keçirilməsi yolu ilə hərəkət etməliyik, onda müxalifət Nikolla daha da manipulyasiya edəcək”.

Fenenko həmçinin Qarabağda qalan qanunsuz silahlıların və terrorçuların dövlət çevrilişi etmək üçün Ermənistana atılmasını istisna eləməyib. Deməli, anklavında qanunsuz quldur dəstələrinin zərərsizləşdiriıməsi Bakı ilə yanaşı Paşinyan hökumətinin də marağında olmalıdır…

*****

“Ən önəmlisi odur ki, Paşinyan öz hakimiyyətini saxlasın. İndi bu, əsas risk və təhdiddir. Çünki 2020-ci ilin noyabr müqavilələrini imzalayan odur. Unutmayaq, erməni müxalifəti ilk günlərdən bəyan edir ki, nə həmin sazişi, nə də Azərbaycanla Paşinyanın imzalayacağı başqa heç bir sənədi tanımır və tanımayacaq”.

Erkin Qədirli: “İblis”dən başlamadım” – Azlogos

Erkin Qədirli

“Yeni Müsavat”ın məlumatına görə, bunu deputat, beynəlxalq hüquq üzrə ekspert Erkin Qədirli Minval.az-a eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, bu səbəbdən heç bir təminat yoxdur: “Üstəlik, 10 noyabr 2020-ci il sazişi ölkələrin parlamentlərində ratifikasiya olunmadığından hətta dövlət müqaviləsi də sayılmır. Bu, üç liderin öhdəliyindən başqa bir şey deyil. Ona görə də təkcə biz yox, bütün region, xüsusən də Ermənistan başa düşür ki, Paşinyan başladığı işi davam etdirmək üçün hakimiyyətdə qalmalıdır”.

Nikol Paşinyanın iqtidarda qalması hələ ki, Moskvaya da sərf edir. Birincisi, “sorosçu” baş nazir 4 ilik hakimiyyəti dönəmində Qərbə sarı hər halda kəskin dönüş eləməyib. İkincisi isə, Ukrayna böhranı fonunda Moskvaya satellit Ermənistanda hakimiyyət çevrilişi kimi siyasi təlatüm gərək deyil.

Bu xüsusda Erkin Qədirli hesab edir ki, Rusiya Bakı ilə İrəvan arasında danışıqların qarşısını ala bilməyəcək. “O, bizə fiziki anlamda müdaxilə edəsi deyil ki. Düzdür, Moskvanın başqa təsir rıçaqları var: Rusiya əsgərləri ərazimizin hələ ki, nəzarət etmədiyimiz hissəsindədir. Üstəgəl, Rusiya öz öhdəlikləri yerinə yetirmir, erməni qoşunlarını çıxarmayıb, onları tərksilah etməyib, azərbaycanlı qaçqınların geri qayıtmasını təmin eləməyib. Rusiya həmçinin Xankəndi sakinləri ilə Azərbaycan hakimiyyəti arasında əlaqə yaratmaq üçün heç bir iş görməyib”, – deyə ekspert qeyd edib.

Ona görə də onun əminliyinə görə, Rusiyanın fəaliyyətsizliyi dağıdıcı amildir və onun da qayəsində bu prinsip dayanır: “Paşinyanla Əliyev nə barədə razılığa gəlsələr də, bizim bu və ya digər şəkildə burada hərbi mövcudluğumuz var. Amma qeyd edim ki, bu gün Ukraynada baş verənlərə və ümumilikdə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda bu, artıq təsirli deyil. Ümumiyyətlə, Rusiya çoxdan konstruktiv qüvvə deyil”.

Ancaq Moskva qeyri-konstruktiv yanaşma ilə yalnız öz maraqlarını təhlükədə qoyur. Bu onun regiondan həmişəlik çıxmasını sürətləndirə bilər…

Siyasət şöbəsi,

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code