Dövlət siyasətinin mütləq prioritetləri.

0
52

 

Bildiyimiz kimi, hər bir dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biri də, məhz onun sosial siyasətidir. Sosial siyasət, özü-özlüyündə əhalinin ayrı-ayrı qruplarının həyat səviyyəsinin yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn tədbirlər sistemidir. Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsi olub, onun həyata keçirdiyi sosial proqramlarda, əhalinin əsas sosial qruplarının marağını əsas götürərək, cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir. Məlumdur ki, Azərbaycan Respublikasının müasir sosial siyasətinin formalaşmasının əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə müəyyən edilmişdir. Bu sosial siyasət, insanların layiqli həyat şəraitinin təmin edilməsini, bu təminat səviyyəsinin yüksəlməsini həyata keçirən proqramlar vasitəsi ilə uğurla reallaşdırılır. Sosial ziddiyyətsiz cəmiyyət, əslində, sosial ədalətli cəmiyyətdir və belə bir cəmiyyətin qurulması müasir dövrdə hər bir dövlətin arzusudur və Azərbaycan dövləti bu önəmli məsələnin öhdəsindən məharətlə gəlmişdir. Azərbaycan dövlətinin sosial siyasəti, məhz sosial ədalətin bərqərar olunmasına, milli sərvətlərin artırılmasının təmin edilməsinə, milli sərvətlərin ədalətli bölgüsünün həyata keçirilməsinə istiqamətlənmişdir. Müxtəlif proqramlar vasitəsilə həyata keçirilən bu proses dinamik və davamlıdır. 

Sosial siyasət – dövlətin, yerli hakimiyyət orqanlarının, müəssisə və təşkilatların əhalini işsizlikdən, istehlak qiymətlərinin artımından müdafiə edən kompleks sosial iqtisadi tədbirlər sistemidir. O cəmiyyətdəki bütün sosial siniflərin, qrupların sosial müdafiə, sağlamlıq, təhsil, məşğulluq və.s kimi problemlərini həll etməyə istiqamətlənmiş siniflərin, qrupların arasında yaranan mübarizə və münaqişələri sosial ədalət prinsiplərinə görə həll etməyə çalışan, eləcə də, cəmiyyətin sosial rifahı üçün həyata keçirilən bütün tədbirlərin cəmidir. Sosial siyasət, cəmiyyətdəki sosial prosesləri nizamlamaq üçün dövlətin əlində olan ən əsas vasitələrdən biridir və görülən oxşar bu və ya digər tədbirlər sosial siyasət adlanır.

Sosial siyasətin vəzifələri dedikdə isə, onun həll etməli olduğu əsas məsələlər nəzərdə tutulur. Sosial siyasətin əsas vəzifələrini aşağıdakı kimi təsnif etmək olar: Gəlirin ədalətli bölgüsü və yoxsulluğun azaldılaması: Sosial siyasətin qarşısına qoyduğu ən əsas məsələlərdən biri milli gəlirin cəmiyyətdə ədalətli bölügüsü ilə əlaqədardır. Dövlət bu yöndə siyasətlər həyata keçirərək siniflər arası maddi uçurumun qarşısını alır və sosial ədaləti yaratmağa çalışır. Gəlirin ədalətsiz bölgüsü zamanı yaranan yoxsulluq probleminin həlli də sosial siyasətin ən əsas vəzifələri sırasındadır. Fürsət barəbarliyi: liberal fəlsəfəyə əsaslanan qanun qarşısında bərabərlik prinsipinin sosial-iqtisadi sahəyə tətbiq olunmasıdır. Bərabərlik prinsipi daha çox təhsil və fərdin özünü inkişaf etdirəcəyi müəyyən sahələrə tətbiq edilir. Sosial Müdafiə: hər hansı bir sosial risk, qocalıq, xəstəlik, işsizlik, iş qəzalarına görə vətəndaşın gəlirinin azalması və ya ümumiyyətlə dayanması zamanı onun digər insanlardan asılı olmadan yaşamasını təmin etmək üçün görülən tədbirlər bütünüdür. Tam məşğulluğun təmin olunması və işsizliklə mübarizə: bütün vətəndaşların gəlir əldə edə biləcəyi bir iş yerinin olması sosial siyasətin əsas məqsədlərindən biridir. Sosial nizam və sülhü təmin etmək: sosial dövlət insanlar arasında aid olduqları fərqli sinif, irq, din, məzhəb, iqtisadi vəziyyətə görə ayrı-seçkilik salınmasının qarşısını almağa çalışır. Cəmiyyətdə müxtəlif tip insanların sülh içərisində yaşamalarını təmin edir. İqtisadi inkişafın təmin olunması: dövlətin iqtisadi inkişafı üçün investisiyalara münbit şərait yaradır. İqtisadi fəaliyyətlərdə tam məşqulluq halını təmin etmək üçün buna uyğun fəaliyyətlər həyata keçirilir.

Dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsinin təşkili və daxili siyasətin sosialyönümlüyünün ön planda saxlanılmasıdır. Azərbaycanda əhalinin sosial müdafiəsinə göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır. Buna uyğun olaraq, hər il dövlət büdcəsində sosial yönümlü xərclər artırılır. 2022-ci ilin büdcəsi də, təbii ki, Azərbaycan bugünkü reallığı nəzərə alınmaqla hazırlanıb. Bu büdcənin sosialyönümlü olması bir daha göstərir ki, dövlətin əsas məqsədi xalqın rifahının yaxşılaşdırılmasıdır.

Əlbəttə ki, Azərbaycanda mükəmməl xalq-iqtidar birliyinin olması, yürüdülən müstəqil siyasətin, demokratik inkişafın təmin edilməsi deməkdir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Azərbaycan xalqının himayədarıdır. Onun qəbul etdiyi qərarlar xalqın rifahının yaxşılaşmasına, sosial müdafiəsinin təmin edilməsinə istiqamətlənmişdir. Həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasəti ilə Azərbaycanı bütün çətin sınaqlardan uğurla çıxaran Prezident İlham Əliyev, ölkədə makroiqtisadi sabitliyin qorunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində hər zaman ciddi addımlar atır.

Bütün bunlar isə, öz növbəsində onu deməyə əsas verir ki, apardığımız bu məqsədyönlü siyasət uzunömürlüdür, davamlıdır və yuxarıda qeyd edilən məsələləri həyata keçirmək üçün güclü siyasi iradəmiz, eləcə də, kifayət qədər maliyyə imkanlarımız var. Vətən müharibəsindəki möhtəşəm Qələbəmizdən sonra, Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi yeni inkişaf strategiyasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır.

Diqqətinizə görə minnətdaram!

     Dərin hörmətlə,

    Sabit Vaqif oğlu Mehdiyev.

    Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code