“65 yaşa çatmışamsa, sağamsa buna da şükür, təkcə bu dərd məni ağrıdır ki…” – FOTOLAR

0
35
“10 nəfərdən ibarət böyük bir ailədə dünyaya gəlmişəm və ailənin ilk övladıyam. Dünyaya gəldiyim gün anamla atam görüblər ki, qramafonda “Şahnaz” muğamı səslənir. Bu muğam səslənəndə atam anama deyib ki, düşünürəm ki, bizim bu qızımız gələcəkdə xanəndə olacaq, elə bunun adını Şahnaz qoyaq. Mənim adım bu cür qoyulub. Həyatım, səhnə fəaliyyətim göz qabağında olub. Ömrüm səhnələrdə, xarici ölkələrdə qastrol səfərlərində keçib. 20 il Gəncə Dövlət Filarmoniyasının rəhbəri olmuşam. Bu günə qədər də filarmoniyada yenə də öz işimdə gücümdəyəm. Müəlliməm, musiqi kollecində dərs deyirəm. Saysız-hesabsız tələbələrim var. Yubileyimə hazırlaşıram, sentyabr ayında yubileyimi keçirməyi planlaşdırıram. Konsertin proqramını artıq işləmişik”.

 

 
 
 
 

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Şahnaz Haşımova deyib. O daha sonra əlavə edib.
“Siz bilirsiniz ki, uzun ömür hamar yol kimi yox, dərə-təpə, ağrılı-acılı, keşməkeşli olur. Bu gün 65 yaşıma çatmışam, sağamsa buna da şükür. Artıq keşməkeşli günləri, əməyim itən vaxtların hamısını arxada qoymuşam. Bu gün əsas odur ki, torpaqlarımız alınıb, Qarabağ bizimdir, övladlarımız qələbə çalıb. Sarsılmaz dövlətimiz, ölkə başçımız var. Üzülürəm ona görə ki, cavanlarımız şəhid oldu, bax bu dərd məni ağrıdır. Vətən də belədir də. Torpaq uğrunda ölən varsa vətəndir. Nədən incidiyimi, incimədiyimi heç vaxt deməmişəm, deməyəcəyəm də. Hər zaman xalqımdan, dövlətimdən razıyam” deyə sənətkar bildirib.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code