“Hazırda Xarkov vilayətində müdafiəçilərimizin Rusiya ilə sərhədi keçdiyi yerlər var”.
Medonline.az “Kanal 24″ə istinadla xəbər verir ki, bu barədə milli telemarafonun efirində Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik məlumat verib.
O deyibki, bölgədə aktiv döyüş əməliyyatlarının olmamasına baxmayaraq, ruslar orada qazmağa və istehkamlar qurmağa başlayıblar.
“İndi bölgədəki ruslar taktikalarını dəyişiblər: bu, daimi atəşdir, bu, qoşunlarımızı daimi gərginlikdə saxlamaq və bölmələrimizi geri çəkməkdir. Amma Xarkov vilayətində artıq qoşunlarımızın Rusiya ilə sərhədi keçdiyi yerlər var”, – Motuzyanik bildirib.
O, həmçinin bildirib ki, Xarkov vilayətində ruslar daha çox Ukrayna hərbçilərinin mövqelərinə deyil, dinc yaşayış məntəqələrinə hücum edirlər.