Arayik Kəlbəcərin kəndinə – uşaq bağçasının açılışına gəldi…-FOTOLAR

0
14
30 ildən çoxdur ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarılmış separatçı-terrorçu rejimin Milli Ordumuzun 44 günlük müzəffər savaşından sonra Rusiya tərəfindən xilas edilmiş tör-töküntülərinin başçısı Arayik Arutyunyan Kəlbəcər rayonunun müvəqqəti(!) olaraq “sülhməramlı”ların himayəsindəki rejimin nəzarətində qalan Qozlu kəndində olub.

 

 
 
 
 
 
 
 

 

Medonline.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.
 
Məlumata görə, Arayik ermənilərin “Vaquas” adlandırdıqları bu kəndə gəlməkdə məqsədi 60 nəfərlik uşaq bağçasının açılışı olub. Separatçı başçı ilə yanaşı, üzdəniraq açılış tədbirində qondarma rejimin qanunsuz “elm və təhsil”, “şəhərsalma” və s. “nazir”ləri iştirak edib. 
P.S…
 
Zəruri arayış:
 
Qozlu (əvvəlki adı “Vaquas”) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənddir.
 
Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Vaquas olub.
 
Tarixi
 
Qozlu kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki Ağdərə rayonu inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Və Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biri olub. 
 
1992-ci ilin  payızında  Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində Qozlu kəndi Ermənistan işğalçı qüvvələrindən təmizlənib. Lakin 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən yenidən işğal edilib.  Kənd uğrunda neçə-neçə şəhiqimiz və yaralımız olub…
Kənd Qarabağ silsiləsinin yamacında, Sərsəng su anbarının cənub-qərbində, Umudlu çayının yaxınlığındadır.  XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ilin dekabrında əsl, keçmiş adi bərpa edilib. 
 
Oykonim “qoz ağacları ilə zəngin” mənasındadır…
 
Xatırladaq ki,  Moderator.az Kəlbəcərin bu kəndindəki  hər erməni arvadın orta hesabla 8-12 uşaq doğması haqda da yazmışdı(bax://moderator.az/arasdirma/402324/kelbecerin-bu-kendindeki-her-ermeni-arvad-orta-hesabla-8-12-usaq-doub-fotolar/)…
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code