Bayraktar ELAN ETDİ: nəqliyyatda inqilab edəcək layihə gəlir

0
37

“Suriya, İraq, Liviya və Qarabağda uğurları ilə adından söz etdirən Türkiyə SİHA-larına dünyanın bir çox ölkəsində böyük tələbat var”.

Medonline.az xəbər verir ki, “Bayraktar TB2” və “Akıncı” PUA-larını dizayn edən “BAYKAR” Müdafiə Texnologiyaları lideri Səlcuq Bayraktar bu barədə “Reuters”ə danışıb.

“Bayraktar TB2″ üzərinə düşəni edir. Ən qabaqcıl zenit sistemlərini, inkişaf etmiş artilleriya sistemlərini və zirehli maşınları sıradan çıxarır. Buna görə də bütün dünya bizim müştərimiz oldu”, – Bayraktar qeyd edib.

Uzunmüddətli hədəflərinin pilotsuz uçan taksi olduğunu bildirən Bayraktar, bunun şəhər nəqliyyatında inqilab olacağını söyləyib.

Layihə rəhbəri “Kızılelma”pilotsuz döyüş təyyarəsinin ilk sınaq uçuşunun gələn ilə planlaşdırıldığını deyib. O qeyd edib ki, TB3 isə yaxın zamanda uçuş sınaqlarına başlayacaq.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code