Rusiya ilə bağlı ŞOK PROQNOZ: ilin sonuna qədər…

0
19

Avropa Birliyi liderləri Rusiya neftinə mərhələli embarqo barədə razılığa gəlib. Bir aydan çoxdur neft qadağasının da daxil olduğu 6-cı sanksiya paketinin qəbuluna imkan verməyən Macarıstanı razı salmaq üçün belə bir formul tapılıb: Rusiyadan dəniz yolu ilə alınan neftdən imtina olunacaq, boru xətti ilə idxal isə davam edəcək. (Dənizə çıxışı olmayan Macarıstan, eləcə də Çexiya və Slovakiya nefti boru kəməri ilə alır.)

Medonline.az xəbər verir ki, bu barədə siyasi təhlilçi Şahin Cəfərli danışıb. 

O, ilin sonuna qədər ümumilikdə Rusiyadan satın alınan neftin 90 faizindən imtina olunacağını proqnoz verib.

“Avropa Rusiya neftinin ən böyük alıcısıdır. 2021-ci ilin yekunlarına görə, Rusiyanın neft ixracının 42%-i Avropanın payına düşüb. Rusiya büdcəsinin gəlirlərinin üçdə birini neft gəlirləri təşkil edir. Sanksiyalardan sonra büdcənin neftdən asılılığı daha da artıb. Qaz ixracı isə büdcə gəlirlərinin cəmi 7%-ni təmin edir. Altıncı sanksiyalar paketi çərçivəsində Rusiyanın ən böyük bankı “Sberbank” SWIFT sistemindən təcrid edilib. Bundan başqa, AB Ukraynaya 9 milyard avro yardım ayırıb”, – Şahin Cəfərli qeyd edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code