Bayram Səfərov yenə Şuşaya buraxılmadı

0
16

Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərovun növbəti dəfə Şuşaya getmək istəyi baş tutmayıb.

Medonline.az gununsesi.info-ya istinadən bildirir ki, bu barədə Şuşa Şəhər İcra Hakimiyyətinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri söyləyib.

Məlumata görə, bu günlərdə Şuşaya səfər etmək istəyən icra başçısı ilə polis şöbəsinin rəisi Səməd Məhərrəmov arasında mübahisə yaranıb.

İcra başçısının rayona gəlmək istəyinə qarşı çıxan şöbə rəisi icra başçısı ilə mübahisə edib.

Belə ki, Bayram Səfərova rayona gəlmək üçün Şuşa Şəhər Qoruq İdarəsinin rəisi Məftun Abbasovdan icazə almalı olduğunu deyən polis rəisi əks təqdirdə onun rayona buraxılmayacağını bildirib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code