Azər Məhərrəmov növbəti dəfə Avropa çempionu adını qazandı!

0
21

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Asif(Fred) Məhərrəmovun yeganə övladı Azər Məhərrəmov idmanın qolbasma güləş növü ilə peşəkar şəkildə məşğuldur. Azərbaycanı ləyaqətlə təmsil edən bu igid oğul qolbasma güləşi üzrə dünya və Avropa çempionudur. 2 gün öncə Azər bəy növbəti dəfə Avropa çempionatında iştirak etmək üçün Polşaya yola düşdü. Mayın 29-da gərgin keçən mübarizədə o, rəqiblərini məğlub edərək çempion adını qazandı. Biz,Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvləri adından dəyərli Azər Məhərrəmovu təbrik edirik!

Şamil Sabiroğlu,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru.
30.05.2022.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code