“Putin Baydenlə Consonun onu qatil və hərbi cinayətkar adlandırmasından təşvişə düşüb…”

0
23

“Putin Qərbin ona qarşı xüsusi əməliyyat aparacağından narahatdır”

“Putin özünü az qala ölülüyə vurub və qəsdən öz xəstəliyi barədə feyk məlumatlar yayır”
 
Rusiyalı bloger və sosioloq, Boris Nemtsovun əmisioğlu İqor Eydman belə bir fikir söyləyib ki, Putinin ağır xəstə olması barədə informasiya Rusiyanın xüsusi xidmət orqanları tərfindən informasiya məkanına qəsdən ötürülən saxta məlumatdır.
 
Medonline.az xəbər verir ki, bu barədə Eydman özünün “Facebook” səhifəsində yazıb.
 
O, hesab edir ki, əslində, Rusiya prezidenti sağlamdır, sadəcə, qorxur ki, Qərb ölkələri ona qarşı “xüsusi əməliyyat” aparmağa başlayacaq.
 
“Putin özünü az qala ölülüyə vurub. Şəkildə kimin olduğunu bilirsiniz? Bu, özünü ölülüyə vuran Putindir ki, onu “yeməsinlər”. Onun xərçəng xəstəliyinə tutulması barədə məlumatlar səngimək bilmir, guya, onu vəzifədən kənarlaşdırmaq istəyirlər, ali rəhbərlikdə onun yerinə adam axtarılır.
Mənbələr isə, ictimaiyyətə açıq olan “General SVR”- dən tutmuş Lybyanka tərəfindən satın alınan Oliver Stounadək çox şübhəlidir.
 
Onların hamısı, həmçinin kəşfiyyatların hansısa sabiq əməkdaşları, anonim oliqarxlar və Kremldəki mənbələr belə şayiələri Qərb mətbuatına və “Meduza” və “İnsayder” kimi rusdilli müxalif KİV-lərə sızdırırlar.
 
Düşünürəm ki, belə şayiələrin məqsədi əleyhdarlara, ilk növbədə ingilislərə və amerikalılara belə bir fikri aşılamaqdır ku, Putinə qarşı hər hansı ciddi xüsusi əməliyyatlar aparmağın mənası yoxdur, onsuz da o, öləcək və ya hakimiyyətini itirəcək. Yəni, neçə ki, o, sağdır, onu əsəbiləşdirmək, kəskin hərəkətlətə yol vermək və bununla da onu nüvə müharibəsinə sövq etmək lazım deyil, bundan sonra o, sadəcə, yoxa çıxacaq və hər şey qaydaya düşəcək”, – Eydman belə güman edir.
 
Putini rusiyalı sosioloq “öz həyatına görə isterikcəsinə əsən patoloji meyit” adlandırıb.
 
“Əlbəttə, o, Bayden və Consonun onu qatil və hərbi cinayətkar adlandırmasından çox təşvişə düşüb. Belə ittihamlardan sonra, adətən, cəza gəlir. Ben Laden və Qasım Süleymani o dünyada mənə yalan danışmağa qoymazlar”, – müəllif iddia edib.
 
Eydman Kreml liderinin onkoloji xəstəliyi ilə bağlı feyklərə görə məsuliyyəti Rusiya xüsusi xidmət orqanlarının üzərinə qoyub.
 
“Bunların hamısı Qərb üçündür, özününkülər üçün isə o, özünü “bərkgedən kişi”yə oxşatmaq istəyir, amma şəkildəki vəhşiyə daha çox oxşayır”, – sosioloq belə yazıb.
 
İqor Eydman 1968- ci ildə Nijni Novqorodda anadan olub. Qorki Dövlət Universitetində ali tarix təhsili alıb.
 
1995- 2002- ci illərdə “Sosial innovasiyalar mərkəzi” piar- agentliyinin rəhbəri olub
 
Eydman Boris Nemtsovun antioliqarxiya şirkətinin müəllifidir.
 
2002- 2005- ci illərdə eyni zamanda “Nikollo M” siyasi konsaltinq və Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzində çalışıb.
 
2010- cu ildə müxalifətin “Putin getməlidir” məktubunu imzalayanlardan biri olub.
 
2011- ci ildə Almaniyanın Leypsiq şəhərinə köçüb.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code