Əsirlikdə olan “Azov” komandiri ilk dəfə xanımı ilə telefon vasitəsilə danışa bildi…

0
17
3 aya yaxın son dərəcə gərgin və qeyri-bərabər müdafiə döyüşlərindən sonra Mariupoldakı “Azovstal” zavodunu tərk etməyə məcbur qalara Rusiya ordusu tərəfindən əsir götürülən bəzi ukraynalı döyüşçülər ailələri ilə telefonla əlaqə saxlaya biliblər. 
 
Medonline.az  xəbər verir ki, bu barədə “AP” və “The Guardian”-a döyüşçülərin həyat yoldaşları danışıb.
 
“Azov” alayının komandiri Denis Prokopenkonun həyat yoldaşı Yekaterina Prokopenko bildirib ki, qısa telefon danışığı zamanı ərini dinləyə bilib. 
 
“O, yaxşı olduğunu söylədi və  mənim necə olduğumu soruşdu”- deyə Yekaterina bildirib. Xanımının sözlərinə görə,  komandir özü haqqında ətraflı danışa bilməmiş əlaqə bitib.
 
Prokopenkonun sərbəst danışa bilmək imkanının olub-olmadığı  məlum deyil. Bununla belə, xanımının sözlərinə görə, onun digər mənbələrdən məlumatı var ki, “Azovstal”da əsir götürülən ukraynalıların saxlanma şəraiti “az-çox qənaətbəxşdir” . Onlara yemək və su verilir. Və ən azı ötən müddət ərzində əsirlər zorakılığa məruz qalmayıblar.
 
Yekaterina bildirib ki, telefon danışığı Ukrayna və Rusiya hökumətləri arasında razılaşma əsasında və bəzi ukraynalı döyüşçülərə baş çəkən Qırmızı Xaç təşkilatının vasitəçiliyi sayəsində mümkün olub.
 
Xanım Prokopenkonun verdiyi informasiyaya görə, yaralı hərbçilərin əksəriyyəti işğal altındakı Olyonovka kəndindəki həbsxanada, ağır yaralıların kiçik bir qrupu isə işğal altında olan Novoazovskdakı xəstəxanada saxlanılır.  Onun öyrəndiyinə görə, “Azov” döyüşçülərindən heç kim Rusiyaya aparılmayıb.
 
Yekaterina Prokopenko və digər “Azov” zabiti Arseni Fedosyukun həyat yoldaşı Yuliya Fedosyuk “AP”-yə bildiriblər ki, Ukrayna ilə Rusiya Federasiyası arasında bağlanmış müqavilələr həlak olmuş əsgərlərin düzgün dəfn edilməsini və hərbi əsirlər üçün müəyyən şərtləri, xüsusən də ailə üzvləri telefonla əlaqə saxlamalarını nəzərdə tutur. Bunun sayəsində artıq iki gündə bir neçə ailəyə hərbçilərdən zənglər gəlib. Müqavilənin digər təfərrüatları açıqlanmır.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code