“Meymun çiçəyi” belə yayılır

0
20

“Meymun çiçəyi” xəstəliyinə yoluxma xəstə ilə üç saatlıq təmasda mümkündür. Eyni zamanda insanlar arasında məsafə bir metrdən az olmalıdır.

Medonline.az xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov teleqram kanalında məlumat yayıb. 

O bildirib ki, insanın bu virusa yoluxması son dərəcə çətindir. Myasnikovun sözlərinə görə, o, daha az yoluxucudur və ölüm nisbəti xeyli aşağıdır.

“Virus istəksiz şəkildə insandan insana ötürülür, uzun müddət yaxın təmasda olmaq lazımdır ki, bu baş versin”, – Myasnikov vurğulayıb. 

Həkim əlavə edib ki, bəzən virus insanlara daha tez yoluxur. Bunun üçün o adamı meymunun dişləməsi və ya bu heyvanı yeməsi lazımdır. Myasnikov hesab edir ki, bundan ən çox zoopark işçiləri əziyyət çəkir. Həkim gəmiricilərin də daşıyıcı ola biləcəyini xatırladıb. 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code