Xankəndindəki bağçada erməni uşaqlara revanşist “dərs”…-VİDEO

0
22
Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu dairələr Qarabağdakı erməni uşaq və gənclər arasında Azərbaycana və Türkiyəyə nifrət, “işğal edilmiş Artsax torpaqlarını azad etmək” kimi irqçi və revanşist duyğuların təlqinini davam etdirirlər. 
 
Medonline.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində “Əyilməz Artsax Stepanakertdə uşaq bağçası…” başlıqlı video-paylaşım edilib. 
 
Paylaşımdakı video-görüntülərdən bəlli olur ki, Xankəndindəki uşaq bağçalarından birində müəllim və tərbiyəçilərin müşayiəti ilə hərbi geyimli gənclər eyni forma geyindirilmiş erməni uşaqlar üçün “hərbi vətənpərvərlik” nəğmələri oxuyurlar…
 
P.S. Sözsüz ki, Qarabağdakı ermənilər arasında revanşist və irqçi duyğuların təbliğində İrəvandakı qarabağ klanı və rusiyayönümlü müxalifətllə yanaşı, xarici güclər, xüsusən də Kremlin imperiyapərəst, şovinis ideoloqlarının da böyük rolu var. Bəlkə də siyasi dairələrlə bağlı olmayan yoxsul ermənilər özbaşına buraxılsa, onların əksəriyyəti Azərbaycanın bütün şərtləri ilə razılaşıb əvvəlki dövrlərdəki kimi dinc yaşayarlar… 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code