Süddən imtina etdikdə orqanizmdə nə baş verə bilər? – MARAQLI…

0
31
Dəriniz təmizlənər, həzminiz yaxşılaşar, əhval-ruhiyyəniz sabit qalar…
 
İnək südündən imtina edilməsi bəzən orqanizmimizə və gündəlik həyatımıza maraqlı təsir göstərə bilər.
 
Son zamanlar yulaf, badam, soya və yağsız süd kimi alternativ variantların populyarlığının artması inək südünə tələbatı azaldıb.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ- ın “Eat This, Not That” nəşri yazıb.
 
“Böyüklərə inək südü lazım deyil, bunu dietoloq və tibbi ekspert Emi Şapiro deyib. – Süd böyüklərin qida rasionunun mühüm tərkib hissəsi deyil, hazırda onun çoxsaylı əvəzediciləri var və kalsium və vitaminlərlə zəngindir.
 
Sizin südü xoşlayıb xoşlamamağınızdan asılı olmayaraq, sağlam həyat tərzi üçün zəruri məhsul deyil.
 
İnək südü kalsium, A və D vitaminləri ilə zəngindir, amma siz onları başqa məhsullardan əldə edə bilərsiniz və sizin sutkalıq tələbatımız ödəniləcək.
 
Lakin inək südündən tamamilə imtina edilməsinin bir neçə gözlənilməz əlavə təsirləri var ki, sizin orqanizminizin vəziyyətinə və psixikanıza təsirsiz ötüşməyəcək.
 
1. Süddən imtina dərinin keyfiyyətini yaxşılaşdıra bilər
 
Bir çox insanlar həyatı boyu süd məhsullarından istifadə edir, amma südün mənfi təsiri barədə düşünmür. Əgər sizin südə qarşı həssaslığınız varsa, süddən imtina etdikdə dərinizin keyfiyyətinin yaxşılaşmasını, sızanaqlar və hətta dəri xəstəliklərinin (ekzema) azalmasını görə biləcəksiniz. Hərçənd, sızanaqlar və dəri xəstəlikləri (ekzema), əsasən, irsi xarakter daşıyır, amma südün bəzi komponentləri öz rolunu oynaya bilər.
 
“Dermato Endocrinol” jurnalında dərc edilən tədqiqatda deyilir ki, ABŞ- da süd məhsullarının əksəriyyəti hamilə inəklərdən alınır, onların tərkibində problemlər yaradacaq hormonlar var ki, onlar da sızanaqların yaranmasına gətirib çıxarır. Südün tərkibində olan androgenlər, insulin və steroid hormonlar piy vəzilərinin işinə təsir edə, sızanaqların inkişafına səbəb ola bilər.
 
2. Ola bilər ki, sizin südə qarşı allergiyanız var
 
Laktozaya qarşı həssaslıq və süd məhsullarına allergiyadan başqa, digər allergiyalar, süd və süd məhsullarının istifadə edilməsi ilə bağlı da xəstəliklər ola bilər.
godairyfree.org portalının məlumatlarına görə, inək südünün istifadəsi ilə bağlı iki geniş yayılan hal mövcuddur: enterokolit sindromu (nazik bağırsağın iltihabı) və eozinofil ezofagit (qida borusunun iltihabı). Hər iki halda mədə- bağırsaq yolu üçün xoşagəlməz nəticələr olacaq.
 
3. Siz sümük sisteminizdə zəifliklə üz- üzə qala bilərsiniz
 
İnək südündən imtina etsəniz və başqa mənbələrdən kalsium əldə etməsəniz, sümüklər kövrək olacaq.
 
Siz sümük sisteminizə  balanslaşdırılan pəhrizlə, fiziki hərəkətlərlə və lazımi miqdarda D vitamini ilə dəstək verə bilərsiniz.
 
4. Sizin həzminiz bütövlükdə yaxşılaşacaq
 
Südün qida rasionundan kənar edilməsi həzmlə bağlı bir çox problemlərin öhdəsindən gəlməyə və bağırsağın sağlamlığının yaxşılaşmasına nail olmaq mümkündür. Bundan başqa, qaz əmələ gəlməsi və qarnın köpməsindən xilas ola bilərsiniz.
 
Bəzən insanlarda laktozanın mənimsənilməsi ilə bağlı problemlər yaranır və bu, qazların əmələ gəlməsi və qarnın köpməsi ilə nəticələnir. Bundan başqa, orqanizmdə laktozanın miqdarı artır, bağırsağın işi pisləşir və ishal yaranır. Bunlar yoğun bağırsağın şişməsinin nəticəsidir.
 
5. Süddən imtina immun sistemdə problemlər yarada bilər
 
Süd heç vaxt bu və ya digər xəstəlikləri tamamilə müalicə edə bilməz, amma o, orqanizmə fayda gətirə, immun sisteminizə dəstək verə bilər.
Süd məhsullarında çoxlu miqdarda B12 vitamini var ki, bu da immun sisteminin möhkəmləndirilməsi və xəstəlik törədən bakteriyalarla mübarizədə dəstək ola bilər.
 
6. Süddən imtina əhval- ruhiyyənin kəskin dəyişilməsinin tezliyini aşağı sala bilər
 
“Bir stəkan süddə 60- a yaxın müxtəlif hormonlar var”, – bunu doktor Mark Hayman deyir.
 
Bu, hətta üzvü, çiy inək südünə aiddir, onun tərkibində böyümə hormonu yoxdur. İnək südünün tərkibində olan hormonlara görə ondan müntəzəm istifadə edilməsi sizin orqanizminizdə olan təbii hormonların miqdarını artıra bilər və nəticədə əhval- ruhiyyənin dəyişilməsinə gətirib çıxara bilər. Süddən istifadə edilməsi cinsi hormonların (estrogen və testosteron) təbii balansını poza bilər.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code