Severodonetskdə xəstəxananın atəşə tutulması nəticəsində 2 nəfər ölüb, biri uşaq olmaqla 9 nəfər yaralanıb.
Medonline.az xəbər verir ki, bu barədə Luqansk Regional Hərbi Administrasiyasının jurnalistlərə təhvil verdiyi səhər saat 8:00-a olan xülasədə deyilir.
“Lisiçansk, Privolye, Novodrujesk, Rubijne, Voevodovka, Beloqorovka da artilleriya və reaktiv yaylım atəşi sistemlərindən hücuma məruz qalıb”, – məlumatda deyilir.
Xatırladaq ki, son məlumatlara görə, Luqansk vilayəti ərazisinin təxminən 10%-i Ukraynanın nəzarəti altındadır.