“Rəşadın adının yaşadılması üçün bütün addımlar atılıb” – Şəhid kapitanın atası.

0
27
“Rəşad Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşadığı və qeydiyyatda olduğu üçün adına da orda küçə verildi. Bu gün Rəşad Abdullayev küçəsinin açılışı oldu və tədbirdən sonra Şəhidlər Xiyabanını ziyarət etdik”
 
Bunu Moderator.az-a açıqlamasında “Vətən müharibəsi Qəhrəmanı”, şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev deyib. Şəhid atası bu diqqətə görə ölkə rəhbərliyinə öz təşəkkürünü bildirib:
“Cəlilabad şəhəri 2 nömrəli tam orta məktəbə şəhid Rəşad Abdullayevin adı verilib. Sentyabrın 14-də isə məktəbdə Rəşadın büstünün açılışı olacaq. Rəşadın ailəsi Bakı şəhəri Xətai rayonunda üçotaqlı mənzillə də təmin olunub. Bütün bu diqqət və qayğıya görə Cənab Prezidentə təşəkkür edirik. Rəşadın adının yaşadılması üçün bütün addımlar atılıb”-deyə şəhid atası bildirib. 
Qeyd edək ki, şəhid kapitan Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayon Göytəpə qəsəbəsində anadan olub. Ölümündən sonra ölkə başçısı tərəfindən Rəşad “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimizin Rüqəyya və Məmmədağa adlı iki övladı yadigar qalıb.  
 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code