Zelenskidən İDDİALI AÇIQLAMA: “Ukrayna qalib gələndə müharibə bitəcək”

0
15

“Rusiyaya qarşı müharibə Ukrayna qalib gələndə bitəcək”.

Medonline.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “EPT News”un Yunanıstan nəşrinə müsahibəsində deyib.

Zelenski daha əvvəl müharibənin nə vaxt bitəcəyi və Ukrayna üçün nəyin qələbə ola biləcəyi barədə danışıb. Onun sözlərinə görə, qələbə olanda hamı bunu hiss edəcək, hamı gələcək sülhü görəcək.

Həmçinin, Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov qeyd edib ki, müharibə sözsüz ki, danışıqlarla yekunlaşacaq. Amma hansı tərəf daha yaxşı vəziyyətdə olacaq – bunu artıq bizim hərbçilər həll edir və biz onlara güvənirik.

Xatırladaq ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Ukraynanın müharibədə qalib gələ biləcəyini və qalib gələcəyini demişdi. Məhz bunun üçün ABŞ lazımi silahları mümkün qədər tez təmin etməyə çalışır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code