Rusiyada İES-də GÜCLÜ YANĞIN – VİDEO

0
16

Rusiyada Saxalin İstilik Elektrik Stansiyasında yanğın baş verib.

Medonline.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Saxalin vilayətinin qubernatoru Valeri Limarenko bildirib ki, xilasedicilər turbinlərdən birində dam örtüyünə yayılan yanğınla mübarizə aparır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi 30 əməkdaşın yanan binanı özbaşına tərk etdiyini bildirib.

“Saxalinenerqo” şirkəti yanğına turbogeneratorlardan birinin dayanmasının səbəb olduğunu açıqlayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code