Şəhid İlqar Verdiyevin ömür yolu barədə film nümayiş etdiriləcək!

0
13

Əslən Tovuz rayonundan olan İlqar Tapdıq oğlu Verdiyev 1975-ci il oktyabrın 31-də Bakıda doğulub.1997-ci ildə Türkiyənin Ankara şəhərində “Kara Harb Okulu” nu bitirib. Uzun müddət Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətində çalışıb.2008-ci il iyun ayının 8-dən etibarən xidmətini Goranboy rayonu istiqamətindəki hərbi hissələrdən birində davam etdirib. 2012-ci il iyun ayının 9-dan 10-a keçən gecə minaya düşüb, 3 gün sonra dünyasın dəyişib.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru Şamil Sabiroğlunun ideyası, “Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi”nin dəstəyi ilə şəhid eloğlumuzun ömür yolundan bəhs edən film çəkilib. Filmdə AR Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri xanım Qənirə Paşayeva, Müdafiə Nazirliyin sabiq əməkdaşı, istefada olan polkovnik Ramiz Məlikov, həmin Nazirliyin məsul əməkdaşı polkovnik Vaqif Dərgahlı, həmçinin, Şəhidin doğmaları və onu yaxından tanıyanlar müsahibə verib.
Aprelin 30-u saat 11-00-da Müdafiə Nazirliyinin Mərkəzi Zabitlər Evində “Andına sadiq oğul” filminin təqdimat mərasimi keçiriləcək.
Xatırladırıq ki, filmin layihə rəhbəri Şamil Sabiroğlu, ssenari müəllifi və redaktoru Münəvvər Mehdiyeva, operatorlar Zaur Qələndərov və Ramin Bəşirov, montajçılar Zaur
Səfərov, Həşim Cəfərov, Çinarə Eminova və Orxan Hacıyevdir.

Gülnar Ələmdarqızı,
Ayna Sərdarqızı.
28.04.2022.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code