Trampdan ŞOK AÇIQLAMA: “O, hava ilə əl sıxır, ABŞ cəhənnəmə gedir”

0
17

“ABŞ-ın hazırkı administrasiyası ölkəni məhv edir. Saxta seçkilər nəticəsində hakimiyyətə gələn prezident Co Baydenin çaşqınlığı ölkəni cəhənnəmə aparacaq. 

Medonline.az “RIA Novosti”yə istiunadla xəbər verir ki, bunu Ağ Evin keçmiş rəhbəri Donald Tramp bildirib.

“Fakt budur ki, seçki saxtalaşdırıldı, oğurlandı. İndi də ölkəmiz məhv edilir. Ölkə məhv edilir, ölkə cəhənnəmə gedir. Heç vaxt belə bir şey olmayıb”, – Tramp Delaver ştatında tərəfdarlarının mitinqində deyib.

Trampın fikrincə, baş verənlərin səbəbi hazırkı Amerika lideridir:

“Təəssüf ki, nə baş verdiyini heç bir şəkildə bilməyən bir prezidentimiz var. O, hava ilə əl sıxır, çaşqın halda gəzir”.

Ehtimal edilir ki, Tramp Baydenin qarşısında heç kim olmadığı zaman əl sıxmaq üçün əlini uzadaraq hadisələri bitirdiyi iki son epizoda işarə edir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code