“Moskva”da nüvə başlıqlı raketlər olubmu? 510 dənizçidən 452-si batıb…

0
20

Byaraqdar” “Moskva”nın vurulmasında hansı rolu oynayıb?

Böyük Britaniyanın “dailymail.co.uk” saytı yazır ki, “Moskva” kreyserində olan 510 nəfərlik şəxsi heyətin 452 nəfəri gəmi ilə birlikdə sulara qərq olub…

Sayt beyin mərkəzlərinə istinadən bildirir ki, “Moskva”da nüvə silahının olması ehtimalı son dərəcə yüksəkdir.

Ona görə də Qara dəniz ətrafında olan dövlətlər-Türkiyə, Ruminiya, Gürcüstan və Bolqarıstan Rusiyadan izahat tələb etməlidir.

kreyser-moskow.jfif1_-973x600.png (618 KB)

Saytın məlumatına görə, Ukrayna müharibəsi ilə bağlı 20 rus generalı həbs olunub. Daha əvvəl isə FSB-nin 150 zabitinin tutulması barədə xəbər yayılmışdı…

 

Britaniya nəşri yazır ki, “Moskva”nın necə vurulması haqqında dəqiq məlumat yoxdur. Rusiyanın məşhur “Vaqner” qrupundakı mənbələr istisna etmir ki, kreyserin vurulmasında “Bayraqdar” önəmli rol oynayıb. Ehtimal edilir ki, Türkiyə dronundan kreyserin diqqətini yayındırmaq üçün istifadə oluna bilərdi. Və ya kreyserdə olan radar sisteminin sıradan çıxarıması məqsədi ilə də “Bayradar”dan yararlanmaq olardı. O da ola bilər ki, “Bayraqdar”dan kreyserə doğru atılmış raketin hədəfə dəyməsi üçün istiqamətin dəqiqləşməsində istifadə olunub…

600517.jpg (33 KB)

 Məqalədə o da vurğulanır ki, batan “Moskva” kreyserindən Türkiyə gəmisi 54 dənizçi xilas edib…

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code